Nazirlər Kabinetində kadr dəyişikliyi olub - Təyinat
Tarix: 21-09-2017 16:28 | Bölmə: Slayd
Nazirlər Kabinetində kadr dəyişikliyi olub

Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edilib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında" fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.

Nazirlər Kabineti Aparatının ləğv edilən nəqliyyat və rabitə şöbəsinin müdiri olmuş Elşən Hacızadə, Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri olmuş Elman Gərayzadə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısından çıxarılıb, onlar müvafiq olaraq Nazirlər Kabineti Aparatının kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin edilmiş Şahin Salahov və Nazirlər Kabineti Aparatının təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri təyin edilmiş Qulu İmanquliyevlə əvəzlənib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}