Nazirlər Kabinetində struktur dəyişikliyi aparılıb – Siyahı
Tarix: 21-09-2017 17:01 | Bölmə: Slayd
Nazirlər Kabinetində struktur dəyişikliyi aparılıb

"Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetində hansı şöbələrin birləşdirildiyi məlum olub.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

Qeyd edək ki, fərmana əsasən təsdiqlənən Nazirlər Kabinetinin strukturuna baş nazirin, baş nazirin birinci müavinini, baş nazirin müavinlərinin, Nazirlər Kabineti Aparatı rəhbərinin və Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidmətləri, 14 şöbə - hüquq, maliyyə və iqtisadiyyat məsələləri, humanitar və sosial məsələləri, beynəlxalq əlaqələr, sənaye və energetika məsələləri, neft və kimya məsələləri, kənd təsərrüfatı məsələləri, ekologiya məsələləri, təhlükəsizlik və müdafiə məsələləri, kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri, regionların inkişafı məsələləri, beynəlxalq maliyyə təşkilatları ilə iş, qaçqınların və məcburi köçkünlərin məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri, o cümlədən mətbuat xidməti və İşlər idarəsi daxildir.

Nazirlər Kabinetinin qərarına əsasən iqtisadiyyat şöbəsinin əsasında maliyyə və iqtisadiyyat məsələləri şöbəsi, humanitar məsələlər və sosial məsələlər üzrə şöbələrin əsasında humanitar və sosial məsələləri şöbəsi, xarici iqtisadi əlaqələr şöbəsinin əsasında beynəlxalq əlaqələr şöbəsi, sənaye və energetika şöbəsinin əsasında sənaye və energetika məsələləri şöbəsi, neft və kimya şöbəsinin əsasında neft və kimya məsələləri şöbəsi, aqrar-sənaye şöbəsinin əsasında kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya şöbəsinin əsasında ekologiya məsələləri şöbəsi, müdafiə sənayesi və hərbi və inzibati orqanlar şöbələrinin əsasında təhlükəsizlik və müdafiə məsələləri şöbəsi, tikinti və kommunal təsərrüfatı və nəqliyyat və rabitə şöbələrinin əsasında kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi, regionların inkişafı şöbəsinin əsasında regionların inkişafı məsələləri şöbəsi, beynəlxalq kredit və yardımlar və MDB ölkələri ilə iqtisadi əlaqələr şöbələrinin əsasında beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi, qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin əsasında qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi, ümumi şöbənin əsasında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}