Universitet 18 kafedra müdiri və 2 dekan vəzifəsinə işçi axtarır - Siyahı
Tarix: 22-09-2017 09:27 | Bölmə: Cəmiyyət
Universitet 18 kafedra müdiri və 2 dekan vəzifəsinə işçi axtarır

Azərbaycan Dillər Universiteti (ADU) boş qalan 18 kafedra müdiri və 2 dekan vəzifəsini icra etmək istəyən şəxslər üçün müsabiqə elan edib.

Reyting.az-ın xəbərinə görə, ADU-nun mətbuat katibi Ağa Cəfərli Modern.az-a deyib ki, bu dəyişiklik bəzi kafedraların və iki dekanlığın adının dəyişməsi, yeni kafedraların yaranması ilə əlaqədardır:

“Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Təhsil Nazirliyinin 400 nömrəli əmri ilə təsdiq edilən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan, dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında sənəd”in tələblərinə uyğun olaraq oktyabrın 17-dək Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134-ə göndərə bilərlər”.

ADU-da kafedra müdiri vəzifəsinə müsabiqə elan edilən kafedralar bunlardır:

Filologiya və jurnalistika fakültəsinin nəzdində xarici dillər kafedrası

Filologiya və jurnalistika fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrası

Filologiya və jurnalistika fakültəsinin nəzdində alman dilinin fonetikası və qrammatikası kafedrası

Filologiya və jurnalistika fakültəsinin nəzdində fransız dilinin fonetikası və qrammatikası kafedrası

Filologiya və jurnalistika fakültəsinin nəzdində Azərbaycan dilçiliyi kafedrası

Filologiya və jurnalistika fakültəsinin nəzdində Azərbaycan ədəbiyyatı kaferası

Filologiya və jurnalistika fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində xarici dillər kafedrası

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində fəlsəfə və ictimai elmlər kafedrası

Təhsil fakültəsinin nəzdində xarici dillər kafedrası

Təhsil fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrası

Təhsil fakültəsinin nəzdində alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası

Təhsil fakültəsinin nəzdində fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası

Təhsil fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası

Təsil fafültəsinin nəzdində psixologiya kafedrası

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində xarici dillər kafedrası

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası.

Dekan vəzifəsinə müsabiqə elan edilən fakültələr bunlardır:

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi

Tərcümə və mədəniyyətşünaslıq fakültəsi.

Qeyd edək ki, müsabiqədə lazımi elmi-pedaqoji, elmi ad və dərəcələrə, yüksək peşə-ixtisas hazırlığına, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.



357 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər