11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Milli Məclisin önündə etiraz aksiyası keçirilib - Fotolar
Tarix: 22-09-2017 15:22 | Bölmə: Slayd
Milli Məclisin önündə etiraz aksiyası keçirilib

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni deputatların Bakıya səfərinə etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları ermənilərin də qatıldığı tədbirin keçirildiyi Milli Məclisin qarşısında toplaşaraq, “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ermənilər Bakını dərhal tərk etsinlər!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar.

Aksiya iştirakçıları erməni bayrağını ayaqları altına alaraq tapdalayıblar, polislər bayrağı yandırmağa imkan verməyiblər. Polislər aksiyanın qarşısını alaraq, iştirakçıları ərazidən zorla uzaqlaşdırıblar.

Aksiya iştirakçılarının yaydığı bəyanatda bildirilir ki, erməni deputatların Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasına dəvət olunmaları, onların iştirakına şərait yaradılması şəhidlərimizin ruhuna təhqir, bütün Azərbaycan xalqına xəyanətdir:

“Nə qədər ki, torpaqlarımız işğal altında, qız gəlinlərimiz əsirlikdə, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi soydaşlarımız girovluqdadır, ermənilərin hər hansı ad altında Azərbaycana, paytaxtımıza gətirilməsi yolverilməzdir. Bu praktikaya bir dəfəlik son qoyulmalıdır. Biz işğalçı Ermənistan rejiminin təmsilçilərini, bu həyasız deputatların dərhal konfransdan çıxarılmasını, onların Azərbaycandan dərhal getmələrini tələb edirik”.

Milli Məclisin önündə etiraz aksiyası keçirilib
Milli Məclisin önündə etiraz aksiyası keçirilib
Milli Məclisin önündə etiraz aksiyası keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}