14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Dövlət qurumlarında struktur və kadr dəyişikliyi olacaq - Hazırlıqlar başlayıb
Tarix: 25-09-2017 12:25 | Bölmə: Slayd
Dövlət qurumlarında struktur və kadr dəyişikliyi olacaq

Azərbaycan Respublikası Prezident Administrasiyasından sonra, ötən həftə Nazirlər Kabinetinin mərkəzi aparatında struktur və kadr dəyişikliyi aparıldı. Dəyişiklik çərçivəsində Nazirlər Kabinetində yeni şöbələr yaradılaraq, müdirləri təyin edildi.

Reyting.az saytının əldə etdiyi məlumata görə, Prezident Administrasiyası və Nazirlər Kabinetinin mərkəzi aparatında həyata keçirilən dəyişikliklər digər qurumlarda da baş verəcək.

Məlumatda bildirilir ki, böyük ehtimalla gələn aydan başlayaraq bir sıra nazirlik və komitələrlə bağlı ciddi qərarlar veriləcək.

Mənbəmizin iddiasına görə, oktyabrın ikinci yarısından başlayaraq, bir çox nazirlik, komitə və dövlət agentliklərində dəyişikliyə start verilə bilər: “Struktur islahatı ilə müşaiyət olunacaq dəyişiklik gələn ilin yanvar ayına qədər davam etdiriləcək”.

Qeyd edilir ki, nazirlik və komitələrdə ixtisarlar da olacaq. Ölkənin iqtisadi blokuna daxil olan komitə, agentlik və s. qurumların çoxunu “bir bayraq” altında birləşdirmək istəyirlər.

Anoloji addımın xidmət sahələri üzrə atılacağı da bildirilir.

Xatırladaq ki, prezident İlham Əliyev ötən ilin fevralında iki nazirliyin bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaratsa da, yeni nazirliyin yaradılması ilə bağlı verilən fərmandan irəli gələn bəzi dəyişikliklər bu günədək reallaşdırılmayıb. Halbuki, fərmanda bir sıra məsələlərin həlli üçün yeni nazirlik və hökumətə 6 ay vaxt verilmişdi. Görünən odur ki, fərmandan irəli gələn bəzi məsələlər yerinə yetirilməyib. Hətta yeni nazirliyin Əsasnaməsi təsdiq edilib, nazir müavini təyinatları da aparılmayıb.

İddia edilir ki, bu işin ləngiməsinə səbəb oktyabrın ikinci ongünlüyündən etibarən reallaşdırılması planlaşdırılan islahatların bütün nazirlikləri əhatə edəcəyidir. Mümkündür ki, yeni nazirlikdə yenə struktur islahatı aparılsın.

Bunlarla yanaşı, bəzi nazirlik və komitələrin rəhbərliyində də ciddi dəyişikliyin olacağı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}