17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nəhəng şirkətlərin Xəzərdəki narazılığı Londonda araşdırılır – Məhkəmə
Tarix: 27-09-2017 14:46 | Bölmə: Slayd
Nəhəng şirkətlərin Xəzərdəki narazılığı Londonda araşdırılır

"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır.

Reyting.az saytı xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bildirib.

Onun sözlərinə görə, "Palmali Holding" "Litasco"dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: "Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək "Litasco"dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində "Lukoil" bundan qorxuya düşüb və "Litasco"nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır".

Nəhəng şirkətlərin Xəzərdəki narazılığı Londonda araşdırılır

M.Mənsimov əlavə edib ki, 2005-ci ilin yanvarın 18-də "Palmali Holding" və "Litasco" arasında 10+5 illik müqavilə imzalanıb. Sənədin şərtlərinə əsasən, "Palmali Holding" "Litasco"dan 440 mln. dollarlıq gəmi almalı idi. "Lakin "Litasco" müqavilənin şərtlərini pozduğuna görə, "Palmali Holding" 4 mlrd. dollarlıq zərərlə üzləşib. 2015-ci ildə hər iki şirkət yenidən danışıqlar masasına əyləşdi. Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası yox idi. Buna baxmayaraq, "Lukoil" qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd isə "Litasco"nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. Ancaq "Palmali Holding" bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz "Litasco" ilə yeni müqavilə imzalamamışıq. London Ali Arbitraj Məhkəməsi daxil olan şikayət üzrə 8 ay ərzində araşdırma aparır. Bundan sonra, əgər ortada qanunsuzluq varsa, məhkəmə çəkişməsinin başlanmasına icazə verir", - deyə iş adamı vurğulayıb.

Bundan öncə xəbər verildiyi kimi, "Palmali Holding" "Litasco"nu məhkəməyə verib. "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

Qeyd edək ki, "Lukoil" və "Palmali Denizçilik" cari ilin aprel ayında 10 illik neft və neft məhsullarının daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar. (Mənbə: APA-Economics)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}