17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Putinlə Ərdoğanın görüşü başlayır
Tarix: 28-09-2017 09:58 | Bölmə: Slayd
Putinlə Ərdoğanın görüşü başlayır

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də Ankarada görüşəcəklər. Türkiyə hökuməti onların danışıqlarında əsas mövzusunun Suriya və İraq olacağını bildirir.

Reyting.az saytı Azadlıq Radiosuna istinadla xəbər verir ki, Putinin bir günlük işçi səfərindən üç gün əvvəl iki dövlət başçısı telefon söhbətində İraq Kürdüstanının ziddiyyətli müstəqillik referendumu məsələsini müzakirə ediblər.

Türkiyə sentyabrın 25-də İraqın Kürdüstan regionunda keçirilmiş referendumu pisləyib və regional hökumətin başçısı Məsud Bərzanini "xəyanətdə” ittiham edib.

Ankara Bağdadın və beynəlxalq birliyin də qarşı çıxdığı bu referendumu Türkiyənin milli təhlükəsizliyinə hədə sayır. Türkiyə narahatdır ki, İraq Kürdüstanının müstəqilliyi onun öz ərazisindəki kürd əhalini həyəcana gətirə bilər.

Ankara rəsmiləri bildiriblər ki, Ərdoğan və Putin referendum məsələsini sentyabrın 25-də yer almış telefon söhbətində müzakirə ediblər və hər iki lider bu hadisənin İraq və Suriyanın ərazi bütövlüyünə təhlükə yaratdığını qəbul edib.

Kreml İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, hələ ki kürd müstəqilliyi referendumunu konkret olaraq pisləməyib.

Kürdüstan regionunun hakimiyyət orqanları bildiriblər ki, referendumda səs verənlərin 92 faizi müstəqilliyi dəstəkləyib.

Moskva və Ankara Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər. Rusiya və İran Suriya prezidenti Bəşər Əsəd rejimini dəsytəkləyir, Türkiyə və ABŞ isə Əsəd hökumətinə qarşı olan müxtəlif qiyamçı qruplaşmalara dəstək verirlər.

Lakin Rusiya, İran və Türkiyə bu ayın əvvəllərində Suriyanın İdlib əyalətində "deeskalasiya zonası”nın yaradılmasına razılaşıblar. Suriyanın başqa yerlərindəki daha üç "deeskalasiya zonası” artıq iyul ayından qüvvədədir.

Belə bir vəziyyətdə Suriya münaqişəsinin bütün tərəfləri İŞİD adlanan təşkilata qarşı döyüşürlər. “İslamçı”lar son vaxtlar nəzarət etdikləri ərazilərin əksər hissəsini itiriblər.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 27-də deyib ki, Putinin Türkiyəyə səfəri "sırf praqmatik məqsədlər” güdür. O, əlavə edib ki, iki ölkə ticarət, investisiyalar, mədəniyyət, hərbi texniki sahədə sıx əməkdaşlıq edir.

Bu ayın əvvəllərində Türkiyə Rusiyadan “S-400” anti-təyyarə raket sisteminin alınmasına dair Moskva ilə saziş imzalayıb.

NATO üzvü olan Türkiyənin alyansın rəqibi Rusiyadan silah alması onun Qərb müttəfiqlərinin narahatlığına səbəb olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}