“Hizbullah” Azərbaycana terrorçular göndərib
Tarix: 28-09-2017 10:14 | Bölmə: Slayd
“Hizbullah” Azərbaycana terrorçular göndərib

“Hizbullah” son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpa edilməsinə imkan verməyib.

Bunu ABŞ Senatının Milli Təhlükəsizlik Komitəsində çıxışı zamanı Milli Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen söyləyib.

“Hizbullah” Azərbaycana terrorçular göndərib

Reyting.az saytının axar.az-a istinadla verdiyi xəbərə görə, N.Rasmussen deyib ki, “Hizbullah” son bir neçə ildə Əsədin yanında olmaq üçün Suriyaya minlərlə döyüşçü göndərib, İraq və Yəməndəki terror təşkilatlarına silah verib, Azərbaycan, Misir, Tailand, Kipr və Peruya teraktlar təşkil etmək niyyətilə öz döyüşçülərini yollayıb:

“Bununla da “Hizbullah” son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpasına imkan verməyib.

İran terrorizmin əsas sponsoru olaraq qalır. Yaxın Şərqdəki terror təşkilatlarına maliyyə yardımı edir, müasir silahlar verir, əməliyyat keçirmək taktikalarını öyrədir. İran eyni zamanda bütün dünyada öz döyüşçüləri şəbəkəsini yaradır”, – deyə N.Rasmussen bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}