Nəqliyyat Agentliyi məsuliyyətdən yayınır: Təqsir polis və təhlükəsizlik əməkdaşlarındadır!
Tarix: 28-09-2017 14:34 | Bölmə: Slayd
Nəqliyyat Agentliyi məsuliyyətdən yayınır: Təqsir polis və təhlükəsizlik əməkdaşlarındadır!

Dünən "Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirib.

Komandamız Bakı Olimpiya Stadionunda İtaliyanın "Roma” klubuna 2:1 hesabı ilə uduzub.

Nəqliyyat Agentliyi məsuliyyətdən yayınır: Təqsir polis və təhlükəsizlik əməkdaşlarındadır!

Bakı Olimpiya Stadionunda oyunu 67 min 500 azarkeş canlı izləyib.

Reyting.az xəbər verir ki, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) azarkeşləri stadiona daşınmasını öz üzərinə götürsə də, vədinə əməl etməyib. Qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. BNA-nın ayırdığı X2 Express xətti isə gözə dəyməyib.(Oxu.az)

BNA-nın mətbuat katibi Mais Ağayev sosial şəbəkədə məsələyə aydınlıq gətirərkən qeyd edib ki, internetdə təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib:

"Metronun X1 "Qara Qarayev" və X2 "Gənclik" stansiyaları istiqamətində sərnişinlərin daşınmasını həyata keçirən avtobuslar isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalından hərəkət edib. Yalnış istiqamətdə X2 avtobusunu axtaran sərnişinin göndərdiyi videoya əsaslanıb, rəsmi qurumdan rəy öyrənmədən yazı verilirsə, artıq deyəcək sözümüz yoxdur”.

M.Ağayev bildirib ki, stadiondan çıxan tamaşaçıların daşınması tam şəkildə və havanın yağışlı olmasına baxmayaraq, hər hansı bir narahatlıq olmadan başa çtdırılıb.

Nəqliyyat Agentliyi məsuliyyətdən yayınır: Təqsir polis və təhlükəsizlik əməkdaşlarındadır!

Reyting.az-ın xəbərinə görə, M.Ağayev APA-ya deyib ki, problemin kökündə Bakı Olimpiya Stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları və ərazidə xidmət göstərən polis nəfərləri tərəfindən stadiondan çıxan azarkeşlərin yanlış istiqamətə yönləndirilməsi durur:

"BNA-nın vəzifəsi azarkeşləri "A" nöqtəsindən "B" nöqtəsinə daşımaq idi. Oyundan öncə də xəbər vermişdik ki, həm "Gənclik", həm də "Qara Qarayev" stansiyasının çıxışından azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün 400 avtobus ayrılıb. Ayrılan avtobuslar isə İctimai Nəqliyyat Terminalında 23:30-a qədər fəaliyyət göstərib. Sadəcə, stadiondan çıxan azarkeşlər təhlükəsizlik xidməti və polis əməkdaşları tərəfindən yanlış yönləndirilib. Belə ki, azarkeşlər İctimai Nəqliyyat Terminalına deyil, metronun "Koroğlu" stansiyasına istiqamətləndirildiklərindən bu cür anlaşılmazlıq baş verib".

Xatırladaq ki, oyunu Bakı Olimpiya Stadionunda izləyən azarkeşlərin əksəriyyəti iddia edir ki, BNA matçdan əvvəl də, sonra da verdiyi vədlərə əməl etməyib. Başqa sözlə, azarkeşlərin stadion ərazisindən metronun "Qara Qarayev" və "Gənclik" stansiyasına daşınması təmin olunmayıb. Ötən gün yağan güclü yağış nəticəsində isə azarkeşlər ciddi çətinliklərlə üzləşiblər. BNA isə məsuliyyəti polis və təhlükəsizlik əməkdaşlarının üzərinə atmaqla özünə haqq qazandırmaq istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}