16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qarabağ”-“Roma” oyunu: “Qara bazar” və 1300 biletin taleyi… - Foto
Tarix: 28-09-2017 15:18 | Bölmə: Slayd
“Qarabağ”-“Roma” oyunu: “Qara bazar” və 1300 biletin taleyi…

“Qarabağ”-“Roma” oyunu bitsə də, futbol yarışı ətrafında yaranan söz-söhbətlər bitməyib. İki azarkeşə eyni biletin satılması və bu biletlə içəri daxil olmaları, stadionda 50 qəpiklik suların 3-4 manata satılması, nəqliyyat problemi və s…

Reyting.az-ın xəbərinə görə, bu məsələlərlə bağlı "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov unikal.org-a deyib ki, stadion ətarfında "qara-bazar”ın olması ilə bağlı onlar da məlumat alıblar: “Ola bilsin ki, bir neçə nəfərin şəxsiyyət vəsiqəsi ilə alınıb, satılır. Əslində içəri daxil olan şəxslərin biletləri şəxsiyyət vəsiqəsi ilə birgə yoxlanılıb. Nəzarət də ciddi olub. Amma içəri necə keçildiyini aydınlaşdırmağa çalışırıq”.

N.İbrahimov qeyd edib ki, iki nəfərə eyni biletin satılmasını da biliblər: “Yaxın zamanlarda bu barədə araşdırma aparıb, açıqlama vercəyik”.

“Qarabağ”-“Roma” oyunu: “Qara bazar” və 1300 biletin taleyi…

O ki qaldı azarkeşlərin əllərində 500 ml-lik sularla içəri daxil ola bilməməsinə, N.İbrahimov bildirib ki, yarım litrlik plastik su butulkaları ilə içəri daxil olmaq qadağası yoxdur: “Həmin suların 3-4 manata satılmasından da xəbərim yoxdur. Düzdür, içəridə satış var idi. Azarkeşləri düşünərək bu addımı atmışıq. Qiymətlə bağlı məsələni də araşdıracağıq”.

Klub rəsmisi "Azarkeşlərin yolda qalmasına “Qarabağ”ın BNA-ya pul ödəməməsi səbəb olub”,- iddiasına da yadınlıq gətirib. Deyib ki, bu barədə heç bir müzakirə aparılmayıb: “İnanmıram ki, pul ödənmədiyi üçün azarkeşlərə qarşı belə bir iş görsünlər”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, "Roma” tərəfindən 1300-ə yaxın bilet geri qaytarılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}