16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Keçmiş nazir Azərbaycandakı əmlakını satışa çıxarıb
Tarix: 29-09-2017 11:37 | Bölmə: Slayd
Keçmiş nazir Azərbaycandakı əmlakını satışa çıxarıb

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev ölkəni tərk edir.

Reyting.az saytının xəbərinə görə, "Yeni Müsavat” qəzeti yazır ki, sabiq nazirin bu addımı atmasına səbəb Azərbaycandakı biznesinin çökməsidir.

Xəbərdə bildirilir ki, o, bütün əmlakını satıb ölkədən getməyi düşünür.

Qəzet yazıb: "Bu xəbərlər ləğv prosesində olan "Bank Standard”ın Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir”.

Güman olunur ki, "Bank Standart”dakı maliyyə fırıldaqları "Beynəlxalq Bank işi” qədər sensasiyalı həbslərlə müşahidə oluna bilər.

Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə böyük biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}