16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İcra başçısı deputatın mülklərinə şərik olmaq istəyir - Qarşıdurma
Tarix: 04-10-2017 12:15 | Bölmə: Slayd
İcra başçısı deputatın mülklərinə şərik olmaq istəyir

Ölkə mətbuatında məmurların müxtəlif mövqelər, xüsusən də iqtisadi maraqlar uğrunda mübarizəsindən dəfələrlə bəhs edilib. Müəyyən əhəmiyyətli postlara öz kadrlarını yerləşdirmək istəyən bəzi məmurların hədəflərindən biri də “iqtisadi imperiya”larının sərhədlərini genişləndirməkdir.

Bu dəfə ölkə KİV-ləri iki şəxs arasındakı iqtisadi maraqlar uğrunda mübarizədən yazıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakının Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Asif Əsgərov, bu postda 10 ildən artıq çalışmış Nəsib Məhəməliyevi əvəzləyib. Nəsib Məhəməliyev isə hazırda 109 saylı Balakən seçki dairəsindən Milli Məclisin deputatıdır.

İlk baxışdan sabiq icra başçısı ilə hazırkı basçının normal münasibətlərinin olduğu güman edilsə də, əslində belə deyilmiş.

İddia edilir ki, Asif Əsgərovla Nəsib Məhəməliyevin münasibətləri kritik həddə çatıb. Buna səbəb kimi N.Məhəməliyevə məxsus olduğu iddia edilən Nəsimi rayonu ərazisindəki müxtəlif biznes obyektləri göstərilir.

Reyting.az-ın xəbərinə görə, KİV-lər araşdırma apararaq N.Məhəməliyevə məxsus müxtəlif obyektləri aşkara çıxarıb. Bu obyektlərin siyahısına baxdıqda belə qənaət yaranır ki, sanki N.Məhəməliyev dövlət məmuru yox, böyük bines sahəsində çalışıb. Onun KİV-lərə (cumhuriyyet.az, 365info.az və başqalarına) məlum olan varidatının sırası çox genişdir. Bu siyahıda olanlar isə Bakı şəhərini əhatə edir:

1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən "Əlibaba” dönərxanası və ona bitişik aptek.

2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.

3. Asif Məhərrəmov küçəsi, 22a ünvanda yerləşən "Unibank”ın binası.

4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz "Moskva” Univermağının yaxınlığında 6 mərtəbəli "Modera” mebel salonunun binası.

5. Mir Cəlal küçəsində "Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.

6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.

7. Mir Cəlal küçəsi 63-də "Assorti” restoranı.

8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.

9. 20 yanvar küçəsi, bina 22-nin yaxınlığında "Deka bank”ın binası və yaxınlıqda tikilən bina.

10. 20 yanvar küçəsində "Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.

11. "Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. (İcra başçısı olarkən stadionu təmir adı ilə zəbt edib).

12. "Əcəmi” metrostansiyasının yaxınlığında "Bakcell” ve onun yanında "Azercell” dükanları.

13. "Moskva ” Univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.

14. Cavadxan küçəsi 26-da "İdeal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek.

15. "Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina.

16. Hərbi hospitalla üzbəüz, Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.

17. Tibb Universiteti ilə üzbəüz, Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.

Bu mülklərin sabiq icra başçısının “iqtisadi imperiya”sının bir hissəsi olduğu bildirilir.

Həm də iddia olunur ki, son aylar Məhəməliyevə bu obyektlərlə bağlı problem yaranıb:

"Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov dəfələrlə deputat Məhəməliyevə xəbər göndərib ki, rəhbəri olduğu rayon ərazisindəki "obyekt”ləri bölüşdürməyin vaxtı çatıb”.

Amma N.Məhəməliyev deputat statusundan istifadə edərək icra başçısının təklifini qulaqardına vurur. Daha dəqiqi, "obyekt”lərini indiki icra başçısı ilə bölüşmək istəmir. A.Əsgərov isə öz inadından əl çəkmək fikrində deyil.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}