14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
İpoteka kreditləri ilə bağlı qaydalar dəyişib
Tarix: 12-10-2017 11:39 | Bölmə: Slayd
İpoteka kreditləri ilə bağlı qaydalar dəyişib

Nazirlər Kabineti "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nı təsdiqləyib.

Bu qayda nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin, "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun verilməsi qaydasını müəyyən edir.

Nəzarət zərfi dövlətə məxsus bankların öz vəsaitləri dedikdə, "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti istisna olmaqla, bankların aktivlərinin ipoteka kreditlərinə yönəldilə bilən sərbəst hissəsi başa düşülür. Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

- nəzarət zərfi dövlətə məxsus bank - səhmlərinin 50%-dən artıq hissəsi birbaşa və ya dolayısilə dövlətə məxsus olan bank;

- kreditlərin cəmləşməsi - müxtəlif təsnifatlar
(kreditlərin növləri, aidiyyəti olan şəxslər, iqtisadiyyatın sektorları, coğrafi zonalar) üzrə kreditlərin cəmi;

- kreditlərin mühüm cəmləşməsi - kreditin cəmləşməsinin banklar tərəfindən müəyyən edilmiş limitləri aşan həcmi.


Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditləri "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bank tərəfindən öz vəsaitləri hesabına verilən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği və həmin kreditlər üzrə illik faiz dərəcələri "Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə təsdiq etdiyi hədlərə uyğun olaraq bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Bankın öz vəsaiti hesabına ipoteka kreditinin verilməsi "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq "Elektron hökumət” portalında olan "Elektron ipoteka” sistemi vasitəsilə həyata keçirilir. Bank tərəfindən öz vəsaiti hesabına verilən kreditlər üzrə limitlər təsbit edilir və müntəzəm monitorinq, hesabat tərtib edilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Limitlər müəyyənləşdirilərkən aşağıdakı məsələlər nəzərə alınmalıdır:

- hər bir növü üzrə ipoteka kreditinin maksimum məbləği və növlər üzrə ipoteka kreditlərinin cəmləşməsi;

- ipoteka kreditlərinin ümumi həcminin depozitlərin həcminə nisbəti;

- ipoteka kreditlərinin ümumi həcminin depozitlərin və cəlb edilmiş digər vəsaitlərin cəminə nisbəti;

- bir borcalan və bir-biri ilə əlaqəli borcalanlar qrupu üzrə ipoteka kreditinin maksimum məbləği və belə kreditlərin cəmləşməsi;

- coğrafi yerləşmə üzrə ipoteka kreditlərinin cəmləşməsi;

- banka aidiyyəti olan şəxslərə verilən ipoteka kreditinin maksimum məbləği və belə kreditlərin cəmləşməsi;

- eyni ödəmə müddətləri olan ipoteka kreditlərinin cəmləşməsi;

- qeyri-işlək ipoteka kreditlərinin cəmləşməsi;

- bankın filialı tərəfindən verilən ipoteka kreditlərinin maksimum məbləği və belə kreditlərin cəmləşməsi
(filiala bu növ əməliyyatlara icazə verildikdə).

İpoteka kreditlərinin mühüm cəmləşməsi barədə bankın səhmdarlarının ümumi yığıncağına və Müşahidə Şurasına mütəmadi olaraq məlumat təqdim olunmalıdır.



287 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər