16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərar verib
Tarix: 12-10-2017 13:43 | Bölmə: Slayd
Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərar verib

“Bu gün Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərarlarını elan edib. Həmin işlərdən 17-də nümayəndə qismində mən iştirak edirəm”.

Reyting.az-ın xəbərinə görə, bunu vəkil Asabali Mustafayev bildirib.

A.Mustafayev bu işlərin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğunu da sözlərinə əlavə edib:

“Bəzən mənə və digər həmkarlarıma irad tuturlar ki, biz ancaq siyasi və içtimai fəalları müdafiə edirik, digər ehtiyacı olanlar xidmətimizdən istifadə edə bilmirlər. Qeyd etməliyəm ki, Avropa Məhkəməsinə göndərdiyim 370 şikayətin ən azı yarısında ərizəçilər heç bir siyasi və içtimai fəaliyyətlə məşğul olmurlar. İndiyə qədər udduğumuz işlərin də əksəriyyəti adi mülkü və ya cinayət işləridir. Şanslı olan heç bir işi icraata götürməkdən də imtina etmirik”.

Vəkil qeyd edib ki, bununla Avropa Məhkəməsində udduqları işlərin sayı 132-yə çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}