11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Təhsil Nazirliyində təxribatçı qüvvələr var - İddia
Tarix: 12-10-2017 14:49 | Bölmə: Slayd
Təhsil Nazirliyində təxribatçı qüvvələr var

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblərdə X siniflər üçün tarix dərsliyi qalmaqal yaradıb. "Всеобщая история” ("Ümumi tarix”) dərsliyi ilə bağlı yaranan qalmaqala səbəb saxta erməni ərazisinin təsviridir. Belə ki, Qədim Roma imperiyasının xəritə toponimləri düzgün təsvir olunmamış, xəritədə yanlış olaraq uydurma "Böyük Ermənistan"ın ərazisi təsvir olunmuşdur. Saxta tərtib edilimiş həmin xəritəyə Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri daxil edilib. Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Buna görə məsuliyyət daşıyan Təhsil Nazirliyi tənqid edilir. Sözügedən dərsliklə bağlı Təhsil Nazirliyi və onun rəhbərliyini təqid edənlərdən biri də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

S.Cəlaloğlu bu hadisəni təsadüfi saymır və düşmənin maraqları üçün çalışan insanların təxribatı olduğunu iddia edir:

Reyting.az-ın xəbərinə görə, S.Cəlaloğlu Unikal.org-a deyib ki, problem təkcə bir dərslikdə deyil:

“Nöqsanlar məktəb dəftər və jurnallarında da mövcuddur. Məsələn, məktəb dəftərinin üzərində Nizami Gəncəvi fars şairi kimi yazılıb. Təsəvvür edin ki, bu dəftəri bütün məktəb uşaqları istifadə edir və onların yaddaşında Nizami fars şairi kimi təssəvvür olunur. Bax, eyni problem tarix dərsliklərində də mövcuddur.

Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarımız var. Bir sözlə, bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Belə bir ərəfədə tarix dərsliyində Azərbaycan ərazilərinin Ermənistan torpaqları kimi təqdim edilməsi faciədir”.

ADP sədri hesab edir ki, Azərbaycanda tarix kitabına "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin təsvir olunması təsadüfi sayıla bilməz:

"Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləri də etməzlər.

Yuxarıda qeyd etdiyim kimi, hesab edirəm ki, bu təhsil sistemində ilk nöqsan deyil! Deyək ki, bu təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafelərinə zidd mövqe tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.

Sərdar Cəlaloğlu hesab edir ki, təhsil naziri Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı istefa verməlidir: "Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir.

Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir "səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki… Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, "doğurdan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən Ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər.

Görün, Mikayıl Cabbarov rütbəsin nə dərəcədə sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür. Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır".

Mövzu ilə bağlı açıqlama verən təhsil üzrə ekspert, şərqşünas-elmi işçi, "Tarix Araşdırmaları Qurumu” İctimai Birliyinin idarə heyətinin üzvü Vüsal Hətəmov isə deyib ki, buraxılan bir çox dərsliklərdə, xüsusilə də tarix dərsliklərində vəziyyət ürəkaçan deyil:

"Ermənilər üçün tarixi şans qazandırdıq. Əllərində əsas tutacaqlar ki, sizin tarixçilər tarixi erməni imperiyasını qəbul edir. Halbuki tarixdə 20-ci əsrin əvvəllərinə qədər nə "Ermənistan” adlı dövlət, nə də "Armeniya” adlı imperiya olub. Ərəb mənbələrində "Ərməniyyə” adlı nahiyənin adı çəkilir. Tarixdə ermənilər haqqında yazılar var, amma bu, heç də onların dövlətçilik tarixindən xəbər vermir. Tarixdə o qədər xalqlar olub ki, indiyə qədər hələ də dövlət qura bilməyiblər.

Təəssüf..! Düşünmək olardı ki, başda təhsil naziri Mikayıl Cabbarov olmaqla, nazirliyin bütün məsul işçiləri istefaya gedəcək. Lakin, görünür, bu məsələ Mikayıl Cabbarov üçün prinsipial deyil. İctimai qınaq, ekspert tənqidləri, media hərəkətliliyi yetərincə olsa da, heç bir hüquqi məsuliyyətin şahidi olmadıq”.

V.Hətəmov qeyd edib ki, 5-ci sinifin tarix dərsliyində Azərbayacanın tarixi şəxsiyyətlərindən olan Tomrisin düşmən başını necə qan içində üzdürməsindən söhbət gedir: “Sonra da deyirik ki, uşaqlarımız niyə gedib Suriyada başkəsən İŞİD-çi olur. Düşünürəm ki, dərsliklərlə bağlı müvafiq ixtisaslarda ziyalı ictimai təşəbbüsündən istifadə etmək olar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}