Komitə sədri beynəlxalq təşkilatlarla danışıqlara başlayır - Fotolar
Tarix: 17-10-2017 10:18 | Bölmə: Cəmiyyət
Komitə sədri beynəlxalq təşkilatlarla danışıqlara başlayır

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H.Həsənovun meyiti alınaraq Bakıda dəfn edilsə də, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Komitə sədri beynəlxalq təşkilatlarla danışıqlara başlayır

Bir müddət əvvəl girov Dilqəm Əsgərovun səhhətində ciddi problemlər yarandığından onu Şüşa həbsxanasından Yerevandakı həbsxanalardan birinə köçürüblər. Bu problem Azərbaycan dövləti ilə yanaşı qeyri-hökumət təşkilatlarının da diqqət mərkəzindədir və onlar bu qanunsuzluğun qarşısını almaq üçün müxtəlif beynəlxalq təşkilatlarla danışıqlar aparırlar.

Komitə sədri beynəlxalq təşkilatlarla danışıqlara başlayır

Reyting.az saytı xəbər verir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov Dilqəm Əsgərovun səhhətində yaranan problemə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə mütəmadi əlaqə saxlayır.

E.Həmidov Reyting.az-a deyib ki, yaxın günlərdə bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq qurumlarla görüşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}