Bakıdan etap olunan iki məhkum qaçıb - Axtarış başlayıb
Tarix: 23-10-2017 10:20 | Bölmə: Cəmiyyət
Bakıdan etap olunan iki məhkum qaçıb

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

Reyting.az saytı APA-ya istinadla xəbər verir ki, məhkumlar Bakıdan qatarla Şirvana qatarla aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}