16:19 / 18-10-2018
Köçəryan partiya yaradır
Ölkəmizə 345 milyon dollar ziyan vuran neft şirkəti bağlanıb
Tarix: 23-10-2017 10:48 | Bölmə: İqtisadiyyat
Ölkəmizə 345 milyon dollar ziyan vuran neft şirkəti bağlanıb

Azərbaycandakı neft layihələrində BP-nin tərəfdaşı kimi iştirak edən Böyük Britaniya şirkəti "AMEC Foster Wheelers" fəaliyyətini dayandırıb.

Bu barədə məlumat verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, "AMEC Foster Wheelers" şirkəti ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə açıqlama verməyib:

“Düşünürəm ki, Azərbaycanla bağlı yazılara geniş yer ayıran Böyük Britaniya mətbuatının öz şirkətlərinin də fəaliyyətləri ilə bağlı araşdırma aparmasına ciddi ehtiyac duyulur".

M.Qəhrəmanlının sözlərinə görə, rəhbərlik etdiyi təşkilatıın ekspertləri mütəmadi olaraq neft layihələrində iştirak edən şirkətlərin ölkə qanunvericiliyinə nə dərəcədə əməl etmələri istiqamətində monitorinq və qiymətləndirmə aparırlar. O, bu barədə ictimaiyyətə vaxtaşırı məlumatlar (nhmt-az.org) verildiyini də qeyd edib:

"Ötən il təşkilatımızın ekspertləri Azərbaycan Respublikasının ərazisində reallaşdırılan neft layihələrində iştirak edən "AMEC Foster Wheelers" şirkətinin də ölkə qanunvericiliyinə nə dərəcədə əməl etdiyinin mümkün monitorinqini apardı və nəticəni ictimaiyyətə açıqladıq (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=118, http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=116). Məlum oldu ki, şirkətin qanunvericiliyi pozması nəticəsində ölkəyə vurduğu ziyan təxminən 345 milyon ABŞ dolları (aydınlaşdıra bildiyimiz) civarındadır (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=116).

Monitorinq nəticəsində həm də məlum oldu ki, "AMEC Foster Wheelers” şirkəti fəaliyyət göstərdiyi digər ölkələrdə tətbiq etdiyi qeyri-şəffaf, korrupsiya xarakterli çoxsaylı "sxemləri"ndən ölkəmizdə də istifadə edib (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=117)".

Ölkəmizə 345 milyon dollar ziyan vuran neft şirkəti bağlanıb

M.Qəhrəmanlı bildirib ki, AMEC-in fəaliyyət göstərdiyi ölkələrdəki çoxsaylı fırıldaqları, korrupsiya əməlləri, saxtakarlıq və şirkətin dünyada nüfuzunu itirməsi onları müflis edib və bu, sonda aktivlərinin məcburi satışı ilə nəticələnib:

"9 oktyabr 2017-ci ildə isə "AMEC Foster Wheelers" fəaliyyətini dayandırdı. Şirkətin bütün aktivlərini isə daha güclü rəqib - "WOOD GROUP" şirkəti 2,2 milyard funt dəyərində aldı. 9 oktyabr 2017-ci ildən etibarən AMEC səhmləri birja satışından silindi, idarə heyəti istefa verdi, işçi heyət buraxıldı. Hazırda müqavilə öhdəliklərinin sənədləşdirilməsi və təhvil verilməsi prosesi gedir".

Mirvari xanım qeyd edib ki, "AMEC Foster Wheelers"in İdarə Heyəti hələ 2016-cı ilin yanvar ayında nağd maliyyə vəsaiti çatışmazlığı səbəbindən baş icraçı direktoru Samir Jakob Brikoya etibar etmədiyini bildirib və cənab Samir Jakob Briko 2017-ci il fevral ayının sonunda ödəniş müddəti bitmiş, lakin hələ də ödənilməmiş 1 milyard funt sterlinq borc öhdəlikləri ilə şirkəti tərk edib:

"Bu borc öhdəlikləri şirkətin isveçli rəqibi "Foster Wheeler"in, 2014-ci ilin aprel ayında 1,9 milyard sterlinq dəyərində borc alması nəticəsində meydana gəlib. Nəticədə neft bazarının dağılması və müvafiq olaraq AMEC-in neft və qaz müştəriləri tərəfindən xərclərin azalması şirkətin səhmlərinin 2015-ci ildə 49 faiz düşməsinə gətirib çıxardı. 2015-ci ilin noyabr ayında isə "AMEC Foster Wheelers" səhmdarlarına dividentlərin ödənilməsini iki dəfə azaltdı. Şirkətin maliyyə göstəriciləri tədricən aşağı düşməyə başladı.

Beləliklə, illik dövriyyəsi 5,4 milyard funt sterlinq olan "AMEC Foster Wheelers" 2015-ci ildə 235 milyon funt sterlinq itkiyə məruz qaldı və 2016-cı ili isə 542 milyon funt sterlinq itki ilə bitirdi”.

Məlumatda bildirilir ki, 2017-ci ilin əvvəlində şirkət öz səhmdarlarına dividentlərin ödənilməsini dayandırıb, maliyyə vəziyyətini bərpa etmək məqsədilə Şimal dənizində, nüvə sənayesində, qazanxana biznesində və bərpa olunan enerji mənbələrində öz müqavilələrini qismən satmağa çalışıb. Ancaq bu cəhdlər də uğursuz olub. Nəticədə, "AMEC Foster Wheelers" şirkəti bankları, səhmdarları, subpodratçıları və vergi orqanlarına olan borclarını ödəmək üçün şirkəti əsl dəyərinin yarı qiymətinə satmağa məcbur olub.

Beləliklə, 2017-ci ilin mart ayında "AMEC Foster Wheelers"in uzunmüddətli rəqibi, "WOOD GROUP" tərəfindən alındığı elan edilib.

Ölkəmizə 345 milyon dollar ziyan vuran neft şirkəti bağlanıb

Mirvari xanım deyir ki, şirkətin tam şəkildə məhv olmasına baxmayaraq, bu şirkətin qaranlıq işləri hələ də onları qarabaqara izləyir:

"2017-ci ilin may ayının sonunda "AMEC Foster Wheelers" tarixin ən böyük korrupsiya qalmaqalında günahlandırılıb!

Belə ki, 2016-cı ilin əvvəlində ABŞ-ın FBI (Federal Təhqiqat Bürosu) böyük beynəlxalq şirkətlərə Yaxın Şərq, Mərkəzi Asiya və Afrikanın inkişaf etməkdə olan bölgələrində müqavilələr qazanmasına, pulların “yuyulması”na və çoxmilyonluq rüşvət ödənilməsinə kömək edən UNAOIL ilə əlaqədar araşdırma başladı. Həmin vaxt "AMEC Foster Wheelers" bu korrupsiya qalmaqalının mərkəzində idi və 2017-ci ilin birinci yarısında Federal Təhqiqat Bürosu və ABŞ Ədliyyə Nazirliyi "AMEC Foster Wheeler" şirkətinin saxtakarlığı ilə əlaqədar cinayət istintaqını başlatdı.

2017-ci ilin may ayında "Serious Fraud Office” Təşkilatının İngilis Xidmətinin müdiri "AMEC Foster Wheelers" əleyhinə cinayət işi açdı. Araşdırmaya şirkətin rəhbər və digər işçiləri, törəmə şirkətlərinin əməkdaşları, "AMEC Foster Wheelers"in maliyyə, pulların “yuyulması” və inkişaf etməkdə olan regionların neft-qaz sektorunda korrupsiyaya qarşı əməliyyatlarına cəlb olunmuş və şübhəli bilinən digər şəxslər daxil olmuşdur”.

Komitə sədri qeyd edib ki, "AMEC Foster Wheelers"-in Bakı nümayəndəliklərinin hiylələri də az olmayıb. Belə ki, şirkətin Bakı ofislərini idarə edən, cənab Richard Rippon-Svein bir neçə ildir şirkətin "İnkişaf edən Regionlarda Neft və Qaz Sektorunun Direktoru" vəzifəsində çalışıb:

“Cənab Rippon-Svein milyonlarla dollarlıq saxtakarlığı hiyləgərliklə idarə etməklə, günahsız insanları zərbə altında qoyub. Ümid edirəm ki, ədalət "AMEC"in cinayət planlarında əsas oyunçu olan Richard Rippon-Sveini də unutmayacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər