07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Üç rayonun icra başçısına təhlükə yaranıb
Tarix: 26-10-2017 18:01 | Bölmə: Slayd
Üç rayonun icra başçısına təhlükə yaranıb

Ölkədə pambıq yığımı başa çatdıqdan sonra iqtidarın bəzi icra başçıları ilə yollarını ayıracağı bildirilir.

Məlumata görə, “vurulmaq” təhlükəsi ilə üzləşən rayon rəhbərləri Sabirabadın icra başçısı Nazim İsmayılov, Bərdənin icra başçısı Vidadi İsayev və Kürdəmirin icra başçısı Ceyhun Cəfərovdur. Çünki bu icra başçılarının həm aqrar sektorla bağlı tapşırıqlara laqeyd yanaşmaları, həm digər fəaliyyətləri, həm də bağlı olduqları qruplaşmalarla bağlı mənfi rəy formalaşıb.

Reyting.az-a saxil olan məlumatda bildirilir ki, Nazim İsmayılov keçmiş MTN-nin İstintaq İdarəsinin rəisi işləmiş Mövlan Şıxəliyevin, Ceyhun Cəfərov isə ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumudur: “Hər iki icra başçısının bu qohumların sayəsində vəzifəyə sahiblənmələri sirr deyil. İndisə onların “krişa”ları müxtəlif cinayətlərdə ittiham olunur. Yəqin onların hansı cinayətlərə yol verdiklərini bilirsiniz. Bu gün həm Mövlan Şıxəliyevin, həm də Vidadi Zeynalovun qanunsuzluqları tam çılpaqlığı ilə üzə çıxıb. Ona görə də onların zamanında irəli çəkdikləri vəzifəli şəxslərə istər-istəməz bir etimadsızlıq yaranıb”.

Məlumatda qeyd edilir ki, hər iki icra başçısı hazırda hakimiyyət düşərgəsində “ən narahatedici məmur” statusundadır: “Artıq onlara ayrılan “limit” bitmək üzrədir, gözlənilir ki, tezliklə postları ilə vidalaşacaqlar.

Vidadi İsayevə gəldikdə, onun Bərdədə yaratdığı atmosfer, eyni zamanda, “Boss” deyə xitab etdiyi “krişası”nın adını yerli-yersiz gündəmə gətirməsi artq müəyyən dairələrin səbr kasasını daşırıb”.

Məlumata görə, adıçəkilən icra başçıları ilə yanaşı, Ziya Məmmədovun vəzifədə olan bəzi qohumlarının da vəziyyətləri ürəkaçan deyil: “Düşünürəm ki, Ucar, Zərdab və Qubanın icra başçılarına da “yaxşı yol” deyiləcək”.

Yaxın aylarda Lənkəran, Astara, Beyləqan, həmçinin, Bakının bir neçə rayon rəhbərlərinin də “yola salınacağını” deyən mənbə bildirib ki, hakimiyyət düşərgəsində başlayacaq kadr dəyişikliyi digər vəzifə sahiblərini də “ağuşu”na ala bilər:


“Prezident Administrasiyasında müəyyən islahat aparıldı. Ötən həftə isə Nazirlər Kabinetinin yeni Əsasnaməsi və ştatı təsdiqləndi. Bir neçə şöbə ixtisar olundu, bəzi şöbə müdirləri və işçiləri “vuruldu”. İndisə növbə digərlərinə çatıb. Böyük ehtimalla ilin sonuna, maksimum gələn ilin fevral ayının ilk ongünlüyünə qədər bir neçə nazir və komitə sədri də dəyişdiriləcək. Onların bəzilərinin yerinə isə cəmiyyət üçün sürpriz sayılacaq şəxslər gətirilə bilər”.

Sonda mənbəmiz qeyd edib ki, Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbovla bağlı da qərar verilməsi mümkündür:

“Bu gün onun “vurulması”na hər mənada çalışanlar da, paralel olaraq, vəzifəsinə can atanlar da var. Bunların arasında Bakının iki rayonunun icra başçısı daha fəaldır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}