07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Neftçilər Xəstəxanasında maaş problemi yaranıb
Tarix: 05-11-2017 16:09 | Bölmə: Slayd
Neftçilər Xəstəxanasında maaş problemi yaranıb

Mərkəzi Neftçilər Xəstəxanasının həkim və texniki işçilərinin maaşları gecikmə ilə verilir.

Bu barədə Reyting.az-a xəstəxananın əməkdaşlarından biri məlumat verib.

Onun sözlərinə görə, keçmiş baş həkim Leyla Seyidbəyli vəzifədən getdikdən sonra da xəstəxanada vəziyyət müsbətə doğru dəyişməyib.

Xəstəxana işçisi bildirib ki, Leyla Seyidbəyli baş həkim olduğu vaxtlarda bu xəstəxanada nələrin baş verdiyini mətbuat yazıb:

“Hətta bu xəstəxananın orqan köçürülməsi üzrə şöbəsində çalışan həkimin adı Gürcüstanda Fərman Ceyranlının həbsinə səbəb olan səs-küylü hadisədə də hallanıb. Həmin həkim bu gün də qorxusundan Gürcüstana gedə bilmir (Bu barədə deyilənləri araşdıracağıq-red). Sözüm bunda deyil. Məsələ budur ki, cərahiyyə şöbəsi, orqan köçürülüməsi və sair kimi şöbələrdə çalışanların pul problemi yoxdur. Zatən onlar hər ay 20-30 min manat qazanırlar. Əsas problem texniki işçilərlə bağlıdır”.

Məlumatda bildirilir ki, İsmayıl Mirzəliyev baş həkim təyin ediləndən xəstəxananın təsərrüfat şöbəsinin əməkdaşları bəzən maaşlarını iki aydan bir alırlar:

“İndi bizə 116 manat maaş yazılır. Onu da vaxtında ala bilmirik. Bu qədər xəstədən toplanan pulların taleyi isə məlum deyil”.

Məsələ bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədiyimizdən bəzi nüanslara toxunmadıq. Redaksiya xəstəxana rəhbərliyinin də münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}