14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
DTX keçmiş nazir müavininin oğlunu həbs edib
Tarix: 06-11-2017 12:16 | Bölmə: Slayd
DTX keçmiş nazir müavininin oğlunu həbs edib

Məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğlu, təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğlu (bəzi mənbələr nəvəsi olduğunu bildirir-red.) Kənan İsgəndərov həbs olunub.

K.İsgəndərovun bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsində çalışmış K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

K.İsgəndərovun həbs olunması ilə bağlı yeni faktlar üzə çıxıb.

Reyting.az saytı ölkə.az-a istinadla xəbər verir ki, 04 noyabr 2017-ci il tarixində barəsində 3 aylıq həbs qərarı verilən K.İsgəndərovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTA) apardığı araşdırmalar nəticəsində həbs olunduğu bildirilir.

Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov Kənan İsgəndərovun həbsindən danışıb.

o, unikal.org-a deyib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir:

"3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}