16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
Nazir və nazir müavininə əlavə səlahiyyət verilib - Sərəncam
Tarix: 16-11-2017 09:37 | Bölmə: Slayd
Nazir və nazir müavininə əlavə səlahiyyət verilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində "Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri "Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilib; "Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra "Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilib.

Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərmək tapşırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər