17:51 / 28-03-2024
Əfqanıstanda güclü zəlzələ olub
17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
17:32 / 28-03-2024
ARKA-da işçi qrupu yaradılır, yeni film çəkilir
17:29 / 28-03-2024
İcra başçısının qardaşını öldürən şəxsə hökm oxunub
17:24 / 28-03-2024
Yalnız üç növ silah Ukraynada müharibənin gedişatını dəyişə bilər
17:17 / 28-03-2024
ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq
17:16 / 28-03-2024
Premyer Liqa: növbəti turun təqvimi açıqlanıb
17:07 / 28-03-2024
Taksilərdə POS-terminallar quraşdırılacaq
16:57 / 28-03-2024
Taksilər yalnız iki rəngdə olacaq
16:37 / 28-03-2024
Nazirlər Kabineti taksilərlə bağlı yeni tələbləri təsdiqləyib
16:05 / 28-03-2024
Əli Əsədov peşə təhsili ilə bağlı qərar imzalayıb
16:03 / 28-03-2024
Rusiya-Ukrayna müharibəsinin dondurulmasına çağırış edirlər
15:57 / 28-03-2024
Latviyanın xarici işlər naziri istefa verib
15:14 / 28-03-2024
34 qazi polisə işə götürülüb - Video
14:54 / 28-03-2024
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanuna dəyişiklik edib
14:25 / 28-03-2024
Yeni Kaledoniyada yenə Azərbaycan bayrağı qaldırılıb
14:13 / 28-03-2024
Kəşfiyyat rəhbəri: “Terrorla bağlı Rusiyada əvvəlcədən dəqiq məlumat olub”
13:47 / 28-03-2024
Qazaxda 25 yaşlı gənc bacısının gözləri qarşısında öldürülüb
13:34 / 28-03-2024
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
13:10 / 28-03-2024
İstehsalat birliyində yoxlamalar başlayıb, vəzifədən kənarlaşdırılanlar var
12:56 / 28-03-2024
Daha bir bankın əmlakları təkrar hərraca çıxarılır
12:55 / 28-03-2024
Quranı yandıran şəxs İsveçdən çıxarılıb
12:43 / 28-03-2024
Köçəryan: “Sülh üçün bir yoldan keçmək lazımdır”
12:41 / 28-03-2024
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
12:21 / 28-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:13 / 28-03-2024
Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır
12:07 / 28-03-2024
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:04 / 28-03-2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edilib - Yeni təyinat
11:59 / 28-03-2024
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:29 / 24-03-2024
Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb
01:09 / 24-03-2024
Bağanis-Ayrım soyqırımından 34 il ötür
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:38 / 23-03-2024
Slovakiyada prezident seçkiləri keçirilir
23:46 / 23-03-2024
Blinkendən Netanyahuya Rəfahla bağlı xəbərdarlıq
23:28 / 23-03-2024
Xavyer Miley İlham Əliyevə təbrik məktubu göndərib
00:07 / 24-03-2024
Şəmkirdə 3 maşın toqquşub - İki nəfər ölüb, yaralılar var
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
İlham Əliyev ictimaiyyət nümayəndələri və idmançılarla görüşüb - Foto
Tarix: 16-11-2017 14:32 | Bölmə: Slayd
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Reyting.az saytı Azertac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı ətraflı məlumat verib.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib:
“Mən burada bizim görkəmli idmançılarımızı görürəm, sizi xüsusilə salamlayıram. Bu gün Abşeron rayonunun həyatında çox əlamətdar bir gündür. Biz Abşeron Olimpiya İdman Kompleksinin açılışını birlikdə qeyd edirik. Bu gözəl hadisə münasibətilə idmançıları, Abşeron rayonunun sakinlərini ürəkdən təbrik edirəm.
Bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir. Bu rəqəm özlüyündə bir göstəricidir. İndi bizim əksər rayonlarımızda ən müasir idman kompleksləri fəaliyyət göstərir. Əlbəttə, biz növbəti illərdə də yeni komplekslərin tikintisi ilə məşğul olacağıq. Ağcabədi Olimpiya İdman Kompleksi artıq açılışa hazırdır. Bu kompleks yaxın zamanlarda açılacaq. Gələn il də yeni komplekslərin açılışı nəzərdə tutulur.
Bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir. Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır.
Bu kompleksin açılışında bizim Olimpiya, dünya çempionlarımız iştirak edirlər. Mən sizi xüsusilə salamlayıram. Əminəm ki, sizin gələcək fəaliyyətiniz də Azərbaycan idmanına xidmət edəcək. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.
Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.
Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər.
O ki qaldı Abşeron rayonunun inkişafına, bu rayonda da işlər çox yaxşı gedir. Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıbdır. Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.
Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq”.
Sonra güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev çıxış edib. Abşeron gəncləri və idmançıları adından dövlət başçısını salamlayan H.Əliyev deyib:
“Bu gün bizim istifadəmizə verdiyiniz bu möhtəşəm Olimpiya İdman Kompleksi üçün Sizə bütün idmançılarımız adından təşəkkür edirəm.
Cənab Prezident, Azərbaycanda idmana və idmançılara göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır və Vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları da bir daha bunu sübut etdi ki, Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı vardır, hər bir şərait yaradılmışdır. Cənab Prezident, bu oyunların ölkəmizdə yüksək səviyyədə keçirilməsinə görə Sizə və birinci xanım Mehriban Əliyevaya bütün idmançılar adından təşəkkürümü bildirirəm.
Möhtərəm Prezident, icazənizlə, özüm haqqında da qısa məlumat verim. Mən, Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsiyəm. Bildiyiniz kimi, mən Avropa çempionu və üçqat dünya çempionuyam. IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıyam. Sizin sərəncamlarınızla mən 2015-ci ildə "Tərəqqi” medalına, bu yaxınlarda isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşəm. Mənə və bütün idmançılara göstərdiyiniz bu qayğıya görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, bizi qarşıda böyük yarışlar gözləyir və əsas hədəfimiz də Yaponiyada keçiriləcək Olimpiya Oyunlarıdır. Biz, inşallah, əlimizdən gələni edəcəyik ki, bu Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edək, qızıl medalların sayını çoxaldaq.
Gələcək işlərinizdə Sizə uğurlar arzulayıram, cənab Prezident. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirəm. Bizə və bütün idmançılara göstərdiyiniz diqqət və qayğıya görə bir daha təşəkkür edirəm. Çox sağ olun”.
Prezident İlham Əliyev isə deyib ki, üçqat dünya çempionu olmaq Olimpiya çempionu olmağa bərabərdir: “Fərdi təqaüdün verilməsi o məqsədi güdürdü ki, bu, doğrudan da böyük nailiyyətdir. Olimpiya çempionu olmaq əlbəttə ki, hər bir idmançının böyük arzusudur. Amma üç dəfə dünya çempionu olmaq ondan az əhəmiyyət daşıyan məsələ deyil. Bu, doğrudan da böyük tarixi hadisədir. Sənin adın tarixdədir, həmişə olacaq. Dünya güləş tarixində sənin adın əbədi qalacaq. Necə ki, bizim digər Olimpiya çempionlarımızın, Olimpiya mükafatçılarının adları tarixdə qalır. Mən bunu çox yüksək qiymətləndirirəm.
Çox şadam ki, bizim görkəmli idmançılarımız bu gün buradadır. Onların bir çoxu hələ yarışlarda iştirak edir. Veteranlar da idmandan uzaqlaşmayıblar, idmandadırlar, öz təcrübələrini bölüşürlər. Yəni, işlər belə ardıcıl şəkildə gedir. Veteranlara hörmət etməli, fəaliyyətdə olan idmançılara daim dəstək verməliyik. Uşaqlara isə tövsiyə etməliyik ki, bölmələrə gəlin, Namiq, Zemfira, Hacı və digər idmançılar kimi olun. Dövlət sizi həmişə dəstəkləyəcək və siz həyatda öz yerinizi tutacaqsınız. Azərbaycan xalqı sizə həmişə hörmət edəcək”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:17
ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq
Bu gün, 09:39
Yer güclü geomaqnit qasırğasına məruz qalıb
Dünən, 18:04
İranın Azərbaycana qarşı “B”oris planı” işə düşüb
Dünən, 13:13
Xocalıya ilk köçün tarixi bəlli olub
Dünən, 11:24
“Crocus”dakı terror Türkiyə üçün siqnaldır
Dünən, 00:12
Xərçəng xəstəliyinin müalicəsini kosmosda axtarırlar
25-03-2024, 11:06
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
25-03-2024, 00:53
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
24-03-2024, 23:09
Hərbi qulluqçumuz özünü öldürüb
22-03-2024, 14:45
Araz dəhlizi, yoxsa Astara-Rəşt? - Rusiyalı ekpertlərin şübhələri
22-03-2024, 13:21
Sərhəddə kəndlərin təhvili: delimitasiya bu məkandan başlayır?
22-03-2024, 08:54
Ruslar Ukraynaya dəhşətli hava hücumu təşkil edib
22-03-2024, 00:35
ABŞ Çinin kosmik silahları ilə bağlı həyəcan təbili çalır
21-03-2024, 19:53
Avropada təhlükəli virus yayılır
21-03-2024, 17:41
Dünyanın ən xoşbəxt ölkələri müəyyənləşib - Siyahı
20-03-2024, 23:31
Azərbaycan Ordusunun zabiti özünü öldürüb
20-03-2024, 14:08
Putin Qərbə qarşı koalisiya yaradır
19-03-2024, 21:15
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
19-03-2024, 20:00
Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib
19-03-2024, 18:28
Fransa Ukraynaya iki min döyüşçü göndərmək istəyir
19-03-2024, 12:14
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
19-03-2024, 11:19
Güclü maqnit qasırğası olacaq
19-03-2024, 00:07
Azərbaycanda Novruz bayramı qeyd olunur
18-03-2024, 23:11
Ukrayna ordusu geri çəkilir
18-03-2024, 23:00
Rusiya Almaniyanı soyqırımda ittiham edir
18-03-2024, 21:30
NATO Baş katibi: "Azərbaycanla yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq" - Müsahibə
18-03-2024, 20:16
Borrell ikibaşlı danışır
18-03-2024, 16:28
Yuxusuzluq kökəlməyə səbəb olur - Araşdırma
18-03-2024, 12:14
NATO baş katibi Bakıya niyə gəlib? - Alyansın əsas hədəfi
18-03-2024, 11:57
Füzuliyə daha 34 ailə yola salınıb - Yenilənib
16-03-2024, 15:07
Odessaya ballistik raket hücumu... - Nəticə dəhşətli olub
16-03-2024, 01:18
Rusiyaya qarşı yeni koalisiya yaradılıb
16-03-2024, 00:41
Milyarderlər TikTok-u almağa hazırlaşır