Əli Həsənov köçkünlərlə görüşmək məcburiyyətində qalıb - Fotolar
Tarix: 16-11-2017 15:06 | Bölmə: Cəmiyyət
Əli Həsənov köçkünlərlə görüşmək məcburiyyətində qalıb

Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının təsiri altına düşən məcburi köçkünlər hökumət tərəfindən hüquqlarının pozulmasının səbəblərini aydınlaşdırmaq və problemin həlli yollarını müzakirə etmək məqsədilə dünən Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovla görüşmək istəyiblər. Günün birinci yarısında “Dövlətqaçqınkom” sədrinin birinci müavini Gəray Fərhadov görüşə gələn köçkünlərə bildirib ki, Əli Həsənov onları qəbul etmək istəmir və etməyəcək.

Bu xəbərdarlıqla razılaşmayan köçkünlər “Dövlətqaçqınkom”un binası qarşısında piket təşkil edib, şüar və tələblər səsləndiriblər.

Bundan sonra Ə.Həsənovun köçkünləri günün II yarısında qəbul etməsi barədə razılıq əldə olunub və nəhayət ki, sədrlə görüş baş tutub.

Görüşdə problemin həlli yolları müzakirə edilib və müvafiq təkliflər razılaşdırılıb.

Qeyd edək ki, 01.11.2017-ci il tarixdə Nazirlər Kabinetində Əli Həsənovla görüş baş tutmamışdı.

Əli Həsənov köçkünlərlə görüşmək məcburiyyətində qalıb
Əli Həsənov köçkünlərlə görüşmək məcburiyyətində qalıb
Əli Həsənov köçkünlərlə görüşmək məcburiyyətində qalıb
Əli Həsənov köçkünlərlə görüşmək məcburiyyətində qalıb
Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}