17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanın bank sistemi böhran vəziyyətindədir
Tarix: 23-11-2017 10:56 | Bölmə: İqtisadiyyat
Azərbaycanın bank sistemi böhran vəziyyətindədir

"Yaxın gələcəkdə Bank Ombudsmanı ilə bağlı bir sıra yeni qərarlar qəbul ediləcək".

Reyting.az xəbər verir ki, bunu Bakıda keçirilən II Bankçılıq Forumunda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, qeyri-neft sektorundan gələn gəlir dövlət büdcəsinin formalaşması üçün kifayət deyil: "Ona görə də, hələ dövlət büdcəmiz neft və qaz gəlirlərindən asılı olacaq”.

Deputat deyib ki, bankların birləşməsi onların bağlanmasından daha əhəmiyyətlidir: "2001-ci ildə Türkiyənin bank sektorundakı proses birdən birə baş verməyib. Bizdə də bu proses indi başlayıb və bunun bitməsi üçün bir müddət lazımdır. Təbii ki, buna həm də dəstək lazımdır”.

V.Əhmədov qeyd edib ki, Azərbaycanın bank sistemi hazırda böhran vəziyyətindədir: "Biz nə qədər rəqəmlər göstərsək də, etiraf etmək lazımdır ki, bank sistemi böhrandadır. Hesab edirəm ki, bank sistemini sağlamlaşdırmaq üçün hökumət əlavə vəsait ayırmaldır. Hər bir bank "Paşa Bank", "Kapital Bank" deyil. Burada başqa balaca banklar da var. Onların isə kapitallaşmaya köməyə ehtiyacı var”.(Mənbə: Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}