16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Milli Məclis qanunlarda dəyişiklik edəcək
Tarix: 24-11-2017 10:01 | Bölmə: Cəmiyyət
Milli Məclis qanunlarda dəyişiklik edəcək

Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyinə 31 məsələ daxildir.

Bunlar Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfinə daxil olan məsələlər, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət Prosessual, Miqrasiya məcəllələrinə, "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Telekommunikasiya haqqında”, "Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər məsələlərdir.

Qeyd edək ki, 2018-ci il büdcə zərfinə daxil olan məsələlər 21-23 noyabr Milli Məclisdə müzakirə olunaraq təkliflərə baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub, dekabrın 1-nə kimi cavab verilməsi üçün vaxt müəyyənləşdirilib.(APA)




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}