16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Rusiya Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkmir
Tarix: 25-11-2017 12:38 | Bölmə: Slayd
Rusiya Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkmir

XİN rəhbəri Sergey Lavrovun bəyanatı Dağlıq Qarabağ münaqişəsinin daha da uzanacağına işarədir

Son dövrlər vasitəçi dövlətlər Dağlıq Qarabağ və işğal altındakı bir neçə rayonun azad edilməsi ilə bağlı danışıqları davam etdirirlər.

Noyabr ayında münaqişənin təzimlənməsi ilə bağlı səfərlər, görüşlər və danışıqlar intensivləşib. Ayın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq vasitəçilər timaslında ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) ilə Moskvada münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar aparıb.

Rusiya Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkmir

Noyabrın 14-də isə həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Rəsmi Bakı dekabrın 6-7-də Vyanada nazirlərin görüşünə də razılıq verib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Bakıya gəldi. Prezident İlham Əliyev onunla görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyini bir daha açıqladı.

Əslində nə baş verir? Rusiyanın bu qədər aktivləşməsinin arxasında nə dayanır?

Bu barədə fikirlərini Reyting.az-la bölüşən politoloq Mütəllim Rəhimli deyib ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun regiona budəfəki səfəri daha çox maraq dairəsində idi. Onun qənaətincə, Qarabağ ətrafındakı 5 rayonun müəyyən şərtlər daxilində Azərbaycana qaytarılması barədə qeyri-rəsmi məlumatlar yayılmışdı: “Üstəlik, noyabrın 13-də Soçidə baş tutan Putin-Ərdoğan görüşündə də bu məsələ gündəmə gətirilmişdi. Görüşdən sonra “Putinin problemin həllinə inamsız yanaşması” ilə bağlı Ərdoğanın açıqlaması rayonların qaytarılması ilə bağlı ümidlərin üstünə su səpsə də, Lavrovun gəlişinə maraq azalmadı. Bakıda keçirilən Məmmədyarov-Lavrov görüşünün nəticələri ilə bağlı yayılan informasiyanın təhlili sübut edir ki, Lavrovun səfəri deyilənlərin əksinə olaraq, Qarabağ münaqişəsinin həlli məqsədini daşımayıb. Belə ki, nazirlərin görüşündən sonra açıqlanan məlumata nəzər saldıqda görsənir ki, onlar Qarabağ problemindən daha çox digər məsələlərdən danışıblar”.

Onu da nəzərə çatdıraq ki, Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlama verib:

“Amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik”.

S.Lavrov qeyd edib ki, danışıqlarla bağlı təcrübələri göstərir ki, onlar tezliklə başa çatmayacaq. Rusiyalı nazirin sözlərinə görə, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: "O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olduqda istəyimiz nəticəni verməyəcək.

Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək.

Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

Rusiya Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkmir

Politoloq M.Rəhimli isə hesab edir ki, əslində Lavrov Ermənistan və Azərbaycana heç bir yeni təklif verməyib: “Ermənistanda keçirdiyi görüşlərdən sonra açıqlama verən Lavrovun dedikləri bir daha təsdiq edir ki, XİN rəhbəri regiona səfərində Qarabağla bağlı yeni heç bir təklif gətirməyib. O deyib ki, “calışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

Bütün bunlar göstərir ki, Lavrovun səfərində Qarabağ məsələsi prioritet olmayıb. Zənnimcə, indiki vaxtda, yəni Yaxın və Orta Şərqdə hadisələrin qızışdığı bir dönəmdə Qarabağ məsələsinin həllinin, həqiqətən də, gündəmə gəlməsi o qədər də inandırıcı təsir bağışlamır. Üstəlik, nə Azərbaycanın, nə də Ermənistanın siyasi, geosiyasi, iqtisadi və digər mövqelərində hər hansı dəyişiklik, bu iki ölkənin qarşılıqlı münasibətlərində yeni nüanslar müşahidə edilmədiyindən Qarabağ probleminin həllində yeniliklərin olması nəzəri baxımdan da mümkün deyil”.

Onu da qeyd edək ki, bir müddət əvvəl politoloq Zərdüşt Əlizadə ölkə KİV-lərinə açıqlamasında Rusiyanın Dağlıq Qarabağ kartından bölgəni nəzarətdə saxlamaq üçün istifadə etdiyini bildirib.

Rusiya Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkmir

Z.Əlizadənin sözlərinə görə, Dağlıq Qarabağ, Ukrayna, Gürcüstan və Moldovada münaqişə ocaqlarının hələ də tam söndürülməməsi imkan verir ki, Rusiya heç bir haqqı olmadan bu bölgələri tam nəzarətdə saxlasın: "Rusiya bununla demək istəyir ki, o, elə-belə ölkə deyil, regionun ağasıdır. Putin təcrid olunmadığını, hələ də söz sahibi olduğunu sübut etməyə çalışır. Bu da ona görə baş verir ki, bizim vəzifə hərisləri vaxtilə Rusiyaya münaqişə ocağını körükləməyə imkan verdilər. Artıq Kremlin qarmağına düşmüşük, çıxa bilmirik”.

Politoloqun fikrincə, Rusiya guya sülhpərvər olduğunu göstərmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil eləsə də, əslində Putinin niyyəti sülh və barış deyil. Burada məqsəd postsovet məkanındakı ölkələri Rusiyadan asılı saxlamaqdır: “Ən təsirli vasitə isə tənzimlənməyən münaqişələrdir. Münaqişələri tənzimləmir, gərginliyi isə gah azaldır, gah da artırır. Aprel döyüşlərində də Ermənistan və Azərbaycan orduları döyüşdülər, insanlar həlak oldu, sonra Rusiya gəldi, müharibəni dayandırdı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}