16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hökumətin yeni qərarı dövlət büdcəsinə ziyan vuracaq - Ekspert
Tarix: 28-11-2017 09:52 | Bölmə: Slayd
Hökumətin yeni qərarı dövlət büdcəsinə ziyan vuracaq

Ölkəyə gətirilən avtomobillərə tətbiq olunan idxal gömrük rüsumlarının artılması ilə bağlı qərar indiki tariflərin təxminən 2 dəfə artmasına səbəb olacaq.

Reyting.az-ın xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli mia.az-a deyib ki, gələn ildən avtomobillərin gömrük rüsumunu ciddi şəkildə artırmağı düşünürlər.

N.Cəfərli bildirib ki, gömrük rüsumunun mənası daxili bazarı qorumaqdır, ağıllı hökumətlər bu alətdən istifadə edərək daxili istehsalçıları dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycanda daxili istehsal olmayan sahələrdə böyük gömrük rüsumları təyin etmək isə görməmişlikdir, əhalinin cibinə girməkdir: “Çünki istənilən vergi dərəcəsinin və gömrük rüsumunun son ödəyicisi vətəndaşdır. Ölkədə “NazLifan”ı üzü-gözünə bulaşdıran, “AzSamand” kimi fiasko təcrübəsi olan hökumət bundan nəticə çıxarmadan, indi yenə İranla birgə yerli maşın yığmaq istəyir, o maşında da yerli "detal" ancaq təkərlərə vurulan hava olacaq, bu macəra da itkilərlə bitəcək".

Ekspert hesab edir ki, hökumət yanlış yoldadır. Onun sözlərinə görə, hökumətdəkilər bu qərarla büdcəyə əlavə vəsaitin gələcəyini düşünsələr də, amma bu, belə olmayacaq: "Çünki alıcılıq qabiliyyəti düşüb, satış azalacaq”.

N.Cəfərli bunun sadə izahını da verib:

“Əgər indi 100 maşın gətirilirsə, hərəsindən 10 manat rüsum tutulursa, büdcəyə 1000 manat daxil olur. Rüsum artanda, alıcılar azalacaq, ölkəyə 20 maşın gətiriləcək, hərəsindən 20 manat rüsum alınsa, bu, 400 manat edəcək. Deməli, büdcə 600 manat itirəcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}