Prezident xarici işlər nazirlərini qəbul edib - Fotolar
Tarix: 30-11-2017 11:05 | Bölmə: Slayd
Prezident xarici işlər nazirlərini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

M. Çavuşoğlu Bakıda Azərbaycan və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə qatılacaq. O, "Asiyanın ürəyi-İstanbul prosesi"nin xarici işlər nazirlərinin toplantısında da iştirak edəcək.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Reyting.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident xarici işlər nazirlərini qəbul edib
Prezident xarici işlər nazirlərini qəbul edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}