16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avropa Birliyi 17 ölkəni "qara siyahı”ya salıb - Adlar
Tarix: 05-12-2017 18:06 | Bölmə: Slayd
Avropa Birliyi 17 ölkəni "qara siyahı”ya salıb

Avropa Birliyi ölkələrinin maliyyə nazirləri vergi hesabatı üzrə qurumla əməkdaşlıq etməkdən imtina edən dövlətlərin "qara siyahı”sını dərc edib.

Bu gün dərc olunan siyahıda 17 ölkənin adı keçir və onların əksəriyyətində ofşor zonalar yerləşir.

"Qara siyahı”ya bu dövlətlər düşüb – Samoa, Bəhreyn, Barbados, Qrenada, Quam, Makao, Marşal Adaları, Monqolustan, Namibiya, Birləşmiş Ərəb Əmirlikləri, Palau, Panama, Sent-Lusia, Trinidad və Toboqo, Tunis və Cənubi Koreya.

Fransa maliyyə naziri Bryuno de Mera "Reuters"ə bildirib ki, siyahıya vergidən yayınma hallarına qarşı yetərincə mübarizə aparmayan ölkələr daxil edilib.

Nazirin sözlərinə görə, bu ölkələr Avropa Birliyinin fondlarına çıxış imkanını itirə bilərlər. Onlara qarşı başqa tədbirlər də nəzərdə tutulub ki, bu barədə qərar yaxın həftələrdə qəbul olunacaq.

Avropalı nazirlər eyni zamanda 47 ölkənin daxil olduğu "boz siyahı" da dərc ediblər. Bu siyahıya Avropa Birliyinin vergi standartları ilə uzlaşmayan dövlətlər salınıb.

Son bir neçə ildə jurnalist araşdırması ilə məşğul olan beynəlxalq qruplar ofşor zonalarla bağlı ifşaedici məlumatlar dərc edirlər. Bu məlumatlardan bəlli olur ki, dünyanın əksər ölkələrinin məşhurları, biznesmenləri və məmurları həmin zonaların xidmətlərindən istifadə edir.(Strateq.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}