16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məmmədyarovla Nalbəndyanın Vyana görüşü başa çatıb
Tarix: 07-12-2017 09:08 | Bölmə: Slayd
Məmmədyarovla Nalbəndyanın Vyana görüşü başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla Vyanada görüşü başa çatıb.

Reyting.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinin müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.

Onu da qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}