14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Donald Trampın qərarı ciddi narazılıq yaradıb; BMT Təhlükəsizlik Şurası toplanır
Tarix: 07-12-2017 09:24 | Bölmə: Slayd
Donald Trampın qərarı  ciddi narazılıq yaradıb; BMT Təhlükəsizlik Şurası toplanır

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərar dünyada ciddi narazılığa səbəb olub.

D.Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına başda BMT və Avropa Birliyi olmaqla, Almaniya, Fransa, İngiltərə, Çin və digər nüfuzlu ölkələr etiraz edib, bu qərarın fəlakətə səbəb olacağını bildiriblər.

Müsəlman ölkələrindən Türkiyə, Misir, İran, Səudiyyə Ərəbistan və digərləri də bəyanat yayaraq, Trampın qərarını tanımadıqlarını bəyan ediblər. Onlar bunu həm beynəlxalq təhlükəsizliyə, həm də BMT-nin qərarına hörmətsizlik kimi qiymətləndiriblər.

Məlumata görə, bu gün BMT Təhlükəsizlik Şurası da Trampın qərarı ilə bağlı toplantı keçirəcək.

Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Fələstin lideri Mahmud Abbas isə Trampın qərarını tanımadıqlarını, bunun İsraillə danışıqlara zərbə vurduğunu deyərək "Qüds Fələstinin tarixi paytaxtdır. Trampın qərar isə o deməkdir ki, ABŞ artıq vasitəçi statusunu itirdi", - deyə bildirib.

Azərbaycan isə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. “Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır",-deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, rəsmi Bakı cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}