12:41 / 17-10-2018
Sabahın hava proqnozu
20:23 / 16-10-2018
Paşinyan istefa verdi
Prezident üç səfiri geri çağırıb - Yeni təyinatlar
Tarix: 08-12-2017 17:53 | Bölmə: Slayd
Prezident üç səfiri geri çağırıb

Bu gün Prezident İlham Əliyev bir neçə səfirin geri çağırılması və təyinatı haqqında sərəncamlar verib.

Prezidentin sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin başqa sərəncamları ilə Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilib.

Fəxrəddin İsa oğlu Qurbanov isə Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 20:23 Paşinyan istefa verdi