09:56 / 23-04-2018
İkinci Hitler peyda olacaq
Donald Tramp dünya üçün böyük təhlükədir
Tarix: 10-12-2017 11:37 | Bölmə: Dünya
Donald Tramp dünya üçün böyük təhlükədir

Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını özünəməxsus tərzdə şərh edib.

O, açıqlamasında ölkəsinin nüvə silahını sınaqdan keçirməsinə sərt təpki göstərən Trampın dünya üçün böyük təhlükə olduğunu deyib.

Reyting.az-ın məlumatına görə, Şimali Koreya lideri bildirib ki, əslində Şimali Koreya deyil, ABŞ prezidentinin özü növbəti addımla - Qüds qərarı ilə dünyanı təhlükəyə atdığını bir daha təsdiq edib.

Donald Tramp dünya üçün böyük təhlükədir

Kim Çen İn qeyd edib ki, belə hərəkətlər Trampın ağlına şübhə yaradır: "Tramp Qüdsü İsrail deyilən dövlətin paytaxtı kimi tanıdığını bəyan edib. Bəyəm İsrail adlı dövlət var ki, paytaxtı da Qüds olsun?".

Bu arada Şimali Koreya Xarici İşlər Nazirliyi də xüsusi bəyanat yayaraq, Trampı Qüds qərarına görə təhqir edib: "Biz sionist bir dövləti tanımırıq. Qüdsün Fələstinin paytaxtı olduğunu bəyan edirik. Tramp əqli cəhətdən əlil bir adamdır. Onun beyni bulanıqdır. Azad bir ölkə olan Koreyanı BMT tribinasından yox etməklə təhdid edən bir adamın Qüdslə bağlı qərarından bu səbəbdən təəccüblənmədik".

XİN Trampın Qüqds qərarını "Düşüncəsiz və şeytani" olduğunu bəyan edib. "Bu həmlə bütün dünyaya kimin sülhə qarşı təhdid olduğunu açıq göstərir",- deyə XİN-nin bəyanatında qeyd edilir.(Mənbə: mia.az)




Bölməyə aid digər xəbərlər