09:56 / 23-04-2018
İkinci Hitler peyda olacaq
Nikaha daxil olmaq istəyən 422 nəfərdə sifilis, 103 şəxsdə QİÇS aşkarlanıb
Tarix: 11-12-2017 15:37 | Bölmə: Cəmiyyət
Nikaha daxil olmaq istəyən 422 nəfərdə sifilis, 103 şəxsdə QİÇS aşkarlanıb

Bu il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçib ki, onların da 13 794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb.

Reyting.az Trend-ə istinadla xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu il ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.

Z.Əlimirzəyeva qeyd edib ki, noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

İnstitut direktoru əlavə edib ki, bu müddət ərzində 23 hamilə qadında perenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub".




Bölməyə aid digər xəbərlər