16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təriqət üzvü olan 16 terrorçu məhv edilib - Baş Prokurorluq
Tarix: 14-12-2017 12:04 | Bölmə: Cəmiyyət
Təriqət üzvü olan 16 terrorçu məhv edilib

Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb.

Reyting.az Trend-ə istinadla xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib”.

Rauf Məmmədov bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}