AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi universitetlərin ləğvi təklif olunur
Tarix: 14-12-2017 12:54 | Bölmə: Slayd
 AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi universitetlərin ləğvi təklif olunur

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ləğvi və yaxud Təhsil Nazirliyinə birləşdirilməsi təklif edilsə də, son vaxtlar bu məsələ geniş ictimai müzakirə obyekti deyildi. Amma bu günlərdə yenidən müzakirə predmetinə çevrilib. Hətta AMEA-nın bəzi institutlarının bağlanması da təklif olunur.

Milli Məclisin deputatları da təhsil sahəsi ilə elm sahəsinin birləşdirməsini təklif edirlər.

 AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi universitetlərin ləğvi təklif olunur

Reyting.az-ın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a açıqlamasında deyib ki, bütün elmi-tədqiqat işləri universitetlərin özlərinə aid edilməlidir: “Yəni təhsillə elmi birləşdirmək lazımdır. Bu, çox çətin prosesdir. Çünki biz, illərlə müzakirəsi sürən elm və təhsil sahələrinə aid qanunları bu yaxınlarda qəbul edə bildik. Alimlərin özlərinin təqsiri deyil ki, vaxtilə onlar dövlət tərəfindən müəyyən edilmiş kateqoriyalarla Elmlər Akademiyası sistemində çalışmağa məcbur olublar. Bu, açıqdan-açığa rentabelli deyil. Azərbaycan Milli Elmlər Akademiyasında elmi-tədqiqat işləri kifayət qədər yüksək deyil. Onların əməkhaqqı çox aşağıdır”.

Deputat bildirib ki, əvvəllər 11 mindən yuxarı alim AMEA-da fəaliyyət göstərib.

“Amma çox təəssüflər olsun ki, bu rəqəm hazırda çox aşağı düşüb. Hər hansı tədbirlərin görülməsinə baxmayaraq, elmi-tədqiqat institutları istənilən rentabelliyi verə bilmir. Düşünürəm ki, universitetlərə getdikcə daha çox müstəqillik verilməlidir. Onlar öz laboratoriyalarında tədqiqat materiallarından istifadə etməklə yaradıcı işlərlə məşğul olmalıdır. Necə ki, bu tendensiya xarici ölkələrdə var”.

T. Kərimli qeyd edib ki, sovet dövründə akademiya sistemində kosmik, nüvə tədqiqatları sahəsində dünyada tayı-bərabəri olmayan işlər görülüb: “Mən inkar etmirəm ki, dövlətin dəstəyilə az işlər görülüb. Bu sistemin müəyyən qədər faydaları olur. Amma keyfiyyət deyil, kəmiyyət göstəriciləri daha çox olur. Biz bazar iqtisadiyyatına keçsək də, təhsil müəssisələrimiz buna keçə bilməyib. Yəni universitetlərimizin sifariş qəbul etmək, elmi-tədqiqatlar aparmaq sahəsində işlərini dərinləşdirmək lazımdır. Biz AMEA sistemi ilə təhsil sistemini birləşdirməyin yollarını axtarmalıyıq. Hamını qane edəcək variant tapmaq çox çətindir, amma buna gedilməlidir”.

 AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi universitetlərin ləğvi təklif olunur

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə deyib ki, AMEA-nın strukturunda və işində ciddi dəyişikliklər aparılmalıdır.

“Mən büdcə müzakirələri zamanı da məsələ qaldırdım ki, elmə niyə az vəsait ayrılıb? Maliyyə naziri Samir Şərifov da bildirdi ki, hökumət elmə ayrılan pulu artırmağa hazırdı, amma alimlərin hazır layihələri yoxdur. AMEA-nın tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyətində ciddi problemlər var. Yəni Azərbaycan üçün kifayət qədər beynəlxalq əhəmiyyətli layihələri olsa, əlbəttə ki, maliyyələşməsində problem olmaz. Bu onu göstərir ki, AMEA-nın tərkibindəki institutlarda müəyyən problemlər var. Ona görə də mütləq struktur dəyişikliyinə, təyinatına baxmaq lazımdır. Bu çox ciddi məsələdir. Ümumiyyətlə, AMEA ilə bağlı müəyyən fəaliyyət mexanizmini təkmilləşdirməyə ehtiyac var”.

 AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi universitetlərin ləğvi təklif olunur

İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa isə bildirib ki, dünyada elmi-tədqiqat institutları xüsusi sifarişlərlə çalışır.

“Bizdə isə AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait daha çox əmək haqqına yönəldilir. Ona görə də həmin vəsaiti elmi ixtiralara, kəşflərə və yaxud da bu istiqamətdə məsələlərin həllinə sərf etmək imkansızdır. Bu baxımdan da məsələnin fundamental həllinə ehtiyac var. AMEA-nın nəzdində olan institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var. Yeni universitet modelinə ehtiyac var. Bu model qurulmadığına görə çox təəssüf ki, problemlər yaşanır. Bizdə elmin inkişafı o səviyyədə deyil ki, elmi-tədqiqat institutları müəyyən layihələr hazırlasınlar, proqnozlar versinlər. Ona görə də bu istiqamətdə hərtərəfli işlərin görülməsinə ehtiyac var”.

 AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi universitetlərin ləğvi təklif olunur

Milli Məclisin deputatı Asim Mollazadə isə AzNews.az-a açıqlamasında deyib ki, təhsil sistemində, ümumiyyətlə, universitetlərdə elmin inkişafına çalışmaq lazımdır:

"Bu gün Azərbaycanda 100-dən yuxarı universitet fəaliyyət göstərir. Bu, böyük rəqəmdir. Məncə 100 deyil, 20-30 güclü universitetin yaradılmasına ehtiyac var. Söhbət universitetlərin birləşməsindən, iqtisadi vəziyyətlərinin yaxşılaşmasıdan, təhsilin keyfiyyətinin yüksəldilməsindən və tələbə sayının artırılmasından gedir. İqtisadi potensialı yüksək olan universitetlər öz nəzdində təhsili, elmi inkişaf etdirə bilər”.

A. Mollazadə Azərbaycan Milli Elmlər Akademiyasının SSRİ dövründən qalmış sistem olduğunu vurğulayıb:
“Tədricən bu sistemi xüsusi olaraq, fundamental elmi universitetlərə, kommersiya imkanları olan elmi-tədqiqat universitetlərinə birləşdirmək olar. Onlar öz-özünü maliyyələşdirə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}