17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əhməd Əhmədzadənin məsuliyyətsizliyi büdcənin talanmasına səbəb olub
Tarix: 29-12-2017 12:05 | Bölmə: Slayd
Əhməd Əhmədzadənin məsuliyyətsizliyi büdcənin talanmasına səbəb olub

ASC sədri suvarma suyunun itkisini və hər baş heyvana düşən gündəlik suyun normativlərini hazırlatmayıb

Enerji sektorundan, içməli su üzrə satışdan fərqli olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeli suvarma idarələri üzrə suvarma suyunun itkisini (beton kanalları və torpaq kanalları üzrə ayrı-ayrılıqda) müəyyənləşdirən normativ sənəd mövcud deyil. ASC bu məsələni tənzimləyən normativ sənədin hazırlanaraq təsdiq edilməsi üçün aidiyyəti üzrə təmin etməyib.

Reyting.az
saytı xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək fəaliyyətinin ekspert-analitik təhlilinin nəticələrində qeyd edilib.

Hesablama Palatası bildirir ki, suvarma suyu üzrə itkinin miqdarı və səviyyəsi Pirəzə Mexaniki Suvarma İdarəsi üzrə 2015-ci ildə 45815,0 min m3 və ya 42,5%, 2016-cı ildə 66544,0 min m3 və ya 50,1%, Sabirabad Mexaniki Suvarma İdarəsi üzrə 2015-ci ildə 166426,0 min m3 və ya 44,1%, 2016-cı ildə 170030,0 min m3 və ya 44,1%, Ağdam Mexaniki Suvarma İdarəsi üzrə 2015-ci ildə 69835,0 min m3 və ya 22,8%, 2016-cı ildə 77696,0 min m3 və ya 24,3%, Mollakənd Mexaniki Suvarma İdarəsi üzrə 2015-ci ildə 40451,0 min m3 və ya 32,0%, 2016-cı ildə 41951,0 min m3 və ya 33,2% rəsmiləşdirilib.

Sənəddə qeyd olunur ki, respublikamızda suvarma suyunun mənbədən götürüləndən kənd təsərrüfatı məhsulları istehsalçılarına çatdırılanadək itkinin səviyyəsi texniki-iqtisadi göstəricilərlə əsaslandırılmayıb, bu məsələyə zəif nəzarət edilib. Respublikada təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarının müəyyən hissəsinin SİB-lərin faktiki istifadəsində olmasına baxmayaraq, ASC-nin suvarma sahəsindəki idarələri ilə Sudan İstifadəedənlər Birliklərinin (SİB) itki sahəsindəki münasibətləri konkret olaraq tənzimlənmir.

Hesablama Palatası Cəmiyyətin mexaniki suvarma, meliorasiya və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri üzrə ştatdankənar işçilərin sayının konkret meyarlar əsasında cəlb edilməsi üçün normativ sənədin hazırlanmasını məqsədəuyğun hesab edib.

Sənəddə qeyd edilib ki, 2015-ci və 2016-cı illərin yekunlarına görə satılmış 1000 m3 suvarma suyuna düşən orta illik xərc (maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı ayrılmış vəsait və büdcədənkənar xərclər istisna olmaqla) respublika üzrə müvafiq orta xərcdən Mollakənd MSİ üzrə 2015-ci ildə 962729,6 manat, 2016-cı ildə 1131737,2 manat, Ağdam MSİ üzrə 2015-ci ildə 1062936,0 manat, 2016-cı ildə 1404806,4 manat, Pirəzə MSİ üzrə 2015-ci ildə 315900,0 manat, 2016-cı ildə 206250,0 manat, cəmi 5084359,2 manat artıq olub ki, bu da Cəmiyyətin mexaniki suvarma idarələri üzrə büdcə vəsaitlərinə tələbatın və icranın vahid yanaşma əsasında aparılmadığını əks etdirir.

Hazırkı vaxtadək normativ sənəd olmadığı halda gündəlik içməli su norması xırdabuynuzlu heyvan üçün 8 litr, iribuynuzlu heyvan üçün 40 litr götürülüb. Hər baş heyvan üzrə içməli suyun norması təsdiq edilmədiyi halda qış otlaq sahələri üzrə satılan suyun tarifinin hektar əsasında müəyyənləşdirilməsi və saxlanılması bir sıra uyğunsuzluq yaradır. Həmçinin belə vəziyyət Cəmiyyətin qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin fəaliyyəti üzrə büdcə xərclərinin proqnozlaşdırılmasında və icrasında vahid yanaşmanı mümkünsüz edir və bu məsələyə yenidən baxılması zərurətini yaradır.

Hesablama Palatası respublikada qış otlaq sahələri üzrə hər baş heyvana (xırdabuynuzlu və iribuynuzlu ayrı-ayrılıqda) düşən gündəlik su normasının müəyyənləşdirilməsi və yaxud qış otlaq sahələri üzrə satılan suyun tarifinin suvarma suyunda olduğu kimi kub metr ölçüsü əsasında təsdiq edilməsini təklif edib.

Ceyrançöl QOSTSİİ üzrə 2015-ci ildə faktiki 245 min baş heyvanın, o cümlədən 56 min baş iribuynuzlu heyvanın (potensialın 65,9%-i) su təminatı icra olunub, faktiki satılmış suyun həcmi 5063,0 min m3 təşkil edib. Təhlilin nəticələri Ceyrançöl QOSTSİİ üzrə hər baş heyvanın orta hesabla ildə 20,7 m3 su içdiyini, hər baş heyvanın ilin bütün günlərində qış otlaq sahəsində hər gün orta hesabla 56,6 litr su içdiyini göstərir ki, bu da norma kimi götürülmüş xırdabuynuzlu heyvan üçün gündəlik 8 litr və iribuynuzlu heyvan üçün gündəlik 40 litr həcmin cəmindən 8,6 litr çoxdur. Ceyrançöl QOSTSİİ üzrə 2016-cı ildə də eyni vəziyyət təkrarlanıb. Ceyrançöl QOSTSİİ üzrə 2016-cı ildə 2015-ci illə müqayisədə faktiki su təminatı olmuş qış otlaq sahəsinin 13,2 min hektar artmasına, idarənin cəmi xərclərinin həmin dövrdə 200371,0 manat çoxalmasına baxmayaraq, qış otlaq sahəsi üzrə faktiki heyvanların, o cümlədən iribuynuzlu heyvanların baş sayı artmayaraq dəyişməz qalıb.

Təhlilin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul edilib. Qəbul edilmiş Kollegiya Qərarının surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərilib.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}