17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dünya azərbaycanlılarına müraciət ünvanlanıb - Milli Məclisdə
Tarix: 29-12-2017 13:14 | Bölmə: Slayd
Dünya azərbaycanlılarına müraciət ünvanlanıb

Milli Məclisin iclasında “Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” sənəd müzakirə olunub.

Müraciəti deputat Məlahət İbrahimqızı oxuyub.

Dünya azərbaycanlılarına ünvanlanan müraciət 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədardır.

“26 il öncə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli həmrəylin əsası qoyulmaqla, xarici ölkələrdə diaspor təşkilatalrınn formalaşmasına köməklik götərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrilib”, - deyə sənəddə bildirilir.

Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağrılır, bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.

Müraciət deputatlar tərəfindən yekdilliklə qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}