14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Prezident iki nəfəri vəzifəyə təyin edib - Sərəncam
Tarix: 03-01-2018 12:02 | Bölmə: Slayd
Prezident iki nəfəri vəzifəyə təyin edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinə müavinlər təyin edilib.

Müvafiq sərəncamlara əsasən, Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Xatırladaq ki, keçən il oktyabrın 18-də prezident İlham Əliyevin fərmanı ilə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib. Həmin fərmana qədər Əvəz Qocayev və Hüsnü Quliyev "Azəravtoyol” sədrinin müavini vəzifəsini icra ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}