16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar müşavirə keçirilib - Fotolar
Tarix: 03-01-2018 12:51 | Bölmə: Slayd
İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar müşavirə keçirilib

Quba rayonundakı dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Reyting.az-ın məlumatına görə, əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər.

Müşavirədə alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır.

FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edirlər. Meteoroloji şəraitdən asılı olaraq Fövqəladə Hallar Nazirliyinin helikopteri də əməliyyata cəlb olunur.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar müşavirə keçirilib
İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar müşavirə keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}