Mikayıl Cabbarov Vergilər Nazirliyində kadr dəyişikliyi edib - Təyinat
Tarix: 06-01-2018 10:45 | Bölmə: Slayd
Mikayıl Cabbarov Vergilər Nazirliyində kadr dəyişikliyi edib

Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub.

Məlumata görə, vergilər naziri Mikayıl Cabbarov Xəqani Abdullayevi özünə müşavir təyin edib.

Qeyd edək ki, Xəqani Abdullayev bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ötən ilin avqustun 1-dən prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu. Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçidir.

Reyting.az saytı mia.az-a istinadla xəbər verir ki, X.Abdullayev bank-maliyyə sektorunda aparıcı mütəxəssislərindən sayılır və ehtimala görə, o, qarşıdakı dövrdə nazir müavini təyin olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}