07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Mikayıl Cabbarov nazir müavininin də işdən çıxarılmasına çalışır
Tarix: 10-01-2018 11:10 | Bölmə: Slayd
Mikayıl Cabbarov nazir müavininin də işdən çıxarılmasına çalışır

Vergilər naziri Mikayıl Cabbarov vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi, Vergilər Nazirliyində apardığı struktur və kadr islahatları çərçivəsində 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edib.

Məlumata görə, vəzifədən azad olunanlardan biri də Əlaqələndirmə və İdarəetmə Departamentinin baş direktor müavini Nəsimi Cəfərovdur. Nəsimi Cəfərov İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun kürəkənidir.

Xatırladaq ki, Mirdamət Sadıqovla sabiq vergilər naziri Fazil Məmmədov uzun illər bir yerdə işləyiblər və çox yaxın münasibətləri olub.(Yenizaman.az)

Mikayıl Cabbarov nazir müavini Namiq Əliyevi də qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.

Reyting.az saytı Report-a istinadən xəbər verir ki, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb. Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən iş başına qayıtmayacaq və onun yerinə yeni müavin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavinidir.

N.Əliyev həm də keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}