Ermənistanda vəziyyət gərginləşir; Deputatlar əhalini küçələrə səsləyir
Tarix: 15-01-2018 22:52 | Bölmə: Siyasət
Ermənistanda vəziyyət gərginləşir; Deputatlar əhalini küçələrə səsləyir

Ermənistanda əhalinin sosial-iqtisadi vəziyyəti getdikcə daha da ağırlaşır. Bu isə əhalinin narazılığını artırır, ölkəni sosial partlayış həddinə yaxınlaşdırır.

Xatırladaq ki, bu vaxta qədər Ermənistan əhalisinin əsas narazılığı Sarkisyan rejiminin hərbi-siyasi idarəçiliyindən – ermənistanlı gənclərin işğal altında olan Dağlıq Qarabağda xidmət etmələri və qeyri-döyüş şəraitində itkilərin çoxluğundan idisə, artıq acınacaqlı sosial-iqtisadi vəziyyət də kütləvi etirazlara səbəb olmaqdadır.

Reyting.az-ın xəbərinə görə, ekspertlər bildirirlər ki, ölkədə prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda, çoxsaylı insanların həm də sosial tələblərlə küçələrə çıxması Sarkisyan rejiminə mübət sonluq vəd eləmir. Bu, eyni zamanda, Ermənistanda müxtəlif vasitələrlə hərbi-siyasi hakimiyyəti ələ keçirmiş Sarkisyan rejiminin simasında Qarabağ klanı ilə yerli əhalini də qarşıdurma həddinə çatdıra, prezident seçkiləri ərəfəsində vəziyyəti daha da gərginləşdirə bilər.

Qeyd edək ki, artıq Ermənistan parlamentinin üzvləri də Sarkisyan rejimindən narazıları təşkilatlandırmağa, onları açıq etirazlara başlamağa sövq edirlər.

Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçəyə çıxmağa və hökuməti Vergilər Məcəlləsinə dəyişikliyə məcbur etməyə çağırıb.

Reyting.az “Trend”ə istinadla xəbər verir ki, parlamentin iclası zamanı deputatlar ölkədə yaranan vəziyyətlə əlaqədar hakim partiyanı təqsirləndirib: “Elə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti yalnız indi bahalaşma haqqında öyrənib və bunun qarşısını almağa çalışır. Amma biz, 2017-ci il boyunca xəbərdarlıq edirdik ki, yanvar ayından yeni Vergi Məcəlləsi qüvvəyə minəcək və bahalaşma qaçılmazdır. Siz sıxılmış qazın qiymətini üç dəfə qaldıranda bilmirdiniz ki, bunun böyük təsiri olacaq?”

Deputat Edmon Marukyan vurğulayıb ki, parlament tükəndiyi üçün insanları küçələrə çıxmağa çağırır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}