07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
SOCAR Palmali Qrupundan böyük məbləğdə borcunu ala bilmir
Tarix: 17-01-2018 13:31 | Bölmə: Cəmiyyət
SOCAR Palmali Qrupundan böyük məbləğdə borcunu ala bilmir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan məlumatlara aydınlıq gətirib.

Reyting.az saytı Report-a istinadla xəbər verir ki, SOCAR və Palmali Şirkətlər Qrupu arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

SOCAR-dan bildiriblər ki, tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmayıb: “SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır".

Bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri həqiqətə uyğun deyil: "Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu, hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}