16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dövlət qurumları dini ekstremizmlə mübarizəni birgə aparacaq - Tədbirlər planı
Tarix: 17-01-2018 15:15 | Bölmə: Slayd
Dövlət qurumları dini ekstremizmlə mübarizəni birgə aparacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı hazırlayıblar.

Reyting.az saytı Dövlət Komitəsinə istinadla xəbər verir ki, Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.

İctimaiyyət nümayəndələrinin də cəlb olunacağı bu tədbirlərdə Azərbaycan Respublikasında mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər, eləcə də dini ekstremizmin yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri, müxtəlif dinlər və məzhəblər arasında əməkdaşlığa dair mövzularda geniş fikir mübadiləsinin aparılması planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}