Türkiyə öz sərhədlərində terrorçuların nəzarətində olan zonanın formalaşmasına imkan verməyəcək
Tarix: 18-01-2018 08:28 | Bölmə: Slayd
Türkiyə öz sərhədlərində terrorçuların nəzarətində olan zonanın formalaşmasına imkan verməyəcək

Türkiyə öz sərhədlərində terrorçuların nəzarəti altında olan zonanın formalaşmasına imkan verməyəcək və regionda terrorçuların ordu yaradılmasının qarşısını almaq üçün bütün zəruri addımları atacaq.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda deyilir.

Sənəddə bildirilir ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və qəti addımlar atılacaq.

“Türkiyə terrorçular tərəfindən təhdidlərlə qarşılaşarkən, NATO və ikitərəfli əlaqələr çərçivəsində müttəfiqinin Türkiyənin milli təhlükəsizliyini nəzərə almayaraq terrorçuları tərəfdaş elan etməsi təəssüf doğurur. Suriyada İŞİD terror təşkilatı ilə mübarizənin, demək olar ki, tam başa çatdığını nəzərə alaraq PYD-YPG terrorçularına köçürülən bütün silah və texnikanın təcili sürətdə qaytarılmasının vacibliyini vurğulayırıq”, - bəyanatda deyilir. (APA)

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində PKK-nın Suriyadakı qolu PYD-YPG qüvvələrinə qarşı əməliyyatın keçirilə biləcəyini bəyan edib.

Pentaqonun yaydığı bəyatda isə bildirilir ki, ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirsə də, söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.

“İŞİD qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. Pentaqon Suriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək”,- deyə Pentaqon bildirir.

Açıqlamada həmçinin bildirilir ki, Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndi: “ABŞ terrorla mübarizədə NATO üzrə müttəfiqini daim dəstəkləyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}