Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb - Nazirlik
Tarix: 18-01-2018 12:29 | Bölmə: Slayd
Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır:

"Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir”.

Müdafiə Nazirliyi bildirir ki, obyektiv araşdırma aparılarsa, güllənin hansısa erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar.

Qeyd edək ki, Ermənistan saytları erməni hərbçi 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}