14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
334 gömrükçü məsuliyyətə cəlb edilib
Tarix: 19-01-2018 13:07 | Bölmə: Slayd
334 gömrükçü məsuliyyətə cəlb edilib

Dövlət Gömrük Komitəsində 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

Tədbirdə komitə sədri Aydın Əliyev, onun birinci müavini Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak ediblər.

Aydın Əliyev bildirib ki, ötən il uğurlarla başa vurulsa da, problemlərlə rastlaşıblar:

"Ticarət dövriyyəmiz 20 milyarddan çox olub, 13 milyard idxal, 8 milyard ixrac olub. Azərbaycana investisiya yönümlü avadanlıqların gətirilməsinin artması idxal artımına əsas səbəbdir. Büdcə proqnozu 16 faiz artıq yerinə yetirilib, 2 milyard 608 milyon manat büdcəyə köçürülüb.

Komitə əməkdaşları tərəfindən qanunsuz halların qarşısı alınıb. 350-dən çox cinayət işi məhkəmələrə göndərilib. 2770 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bunun 100 kiloqramdan artığı heroin olub”.

Valyuta ehtiyatlarının qanunsuz olaraq ölkədən çıxarılma məsələsinə gəlincə, komitə sədri deyib ki, 50 mindən çox avro, 1 milyondan artıq dollar və 1,2 milyon dollar dəyərində qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alınıb. Eyni zamanda 25 şirkətə "yaşıl dəhliz" icazəsi verilib.

A.Əliyev bildirib ki, Prezident yanında Apellyasiya Şurasında gömrüklə bağlı heç bir şikayətə baxılmayıb: “Bu da sevindirici haldır. 2016-ci ildə komitəyə 2300 şikayət daxil olmuşdusa, ötən cəmi 700 şikayət okub. Bunun da 95 faizi fiziki şəxslərin aksiz mallarını daşıması ilə bağlı olub. Həmin şikayətçilərə də qanunvericilik izah edilib.

Qayda pozuntularına görə 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Prokurorluq orqanları tərəfindən 10 əməkdaşımız cinayət məsuliyyətinə cəlb edilib, 7 əməkdaş barəsində isə komitənin öz istintaq idarəsində araşdırma aparılıb".

A. Əliyev rəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində, bəzilərində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}