22:54 / 24-04-2024
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
21:42 / 24-04-2024
Erməni xəyanəti: həkim 40 türk əsgərini zəhərləyib
20:28 / 24-04-2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışını edib - Fotolar
19:29 / 24-04-2024
İran qoşunları Suriyanı tərk edir
19:16 / 24-04-2024
“Su-35”-lər "Patriot"-u aldada bilir
19:04 / 24-04-2024
Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
17:55 / 24-04-2024
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
17:46 / 24-04-2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
17:16 / 24-04-2024
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
17:04 / 24-04-2024
Keçmiş nazirin meyiti tapılıb
16:56 / 24-04-2024
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
16:44 / 24-04-2024
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
16:35 / 24-04-2024
Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"
16:30 / 24-04-2024
Avropa qeyri-adi vəziyyətlə üzləşib
16:26 / 24-04-2024
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
16:08 / 24-04-2024
Yeni robotlar satışa çıxarılıb - Video
15:57 / 24-04-2024
Ərdoğan Almaniya prezidentini qəbul edib
15:26 / 24-04-2024
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
15:12 / 24-04-2024
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
Moldova zorən müttəfiqlikdən xilas olur
Tarix: 20-01-2018 00:08 | Bölmə: Xəqani CƏFƏRLİ
Postsovet məkanında baş verən proseslər, keçmiş sovet respublikalarının Qərb və Rusiya ilə münasibətlərindəki dəyişikliklər çox və ya az dərəcədə bizim ölkəyə də təsir edir. Məsələn, Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi Azərbaycan iqtisadiyyatı üçün həyati önəmli neft-qaz kəmərlərinə təhlükə yaratmışdı. Hətta belə təhlükələr yaranmasa da, postsovet məkanında baş verənlər bizim üçün Suriya kimi ölkələrdəki proseslərdən daha önəmlidir.
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 27-ci ilini yaşasa da, hələ də keçmiş sovet respublikası “libası”ndan xilas ola bilməyib. Əslində, üç Baltikyanı respublika - Litva, Latviya və Estoniya istisna olmaqla, keçmiş sovet respublikalarından heç biri həmin “libası”nı çıxarmağı bacarmayıb.
Ancaq Gürcüstan, Ukrayna və Moldova keçmiş sovet respublikası “libası”ndan çıxmaq istiqamətində ciddi addımlar atırlar.
Ermənistanda da zaman-zaman Rusiyaya qarşı çıxışlar səslənir. Hətta İrəvan Avropa İttifaqı ilə Assosiativ Saziş də imzalayıb.
Gürcüstanla da məsələ məlumdur.
Ukraynaya gəlincə, bu ölkənin Rusiyanın təsir dairəsindən çıxmaq cəhdinə cavabında Moskva Krımı ilhaq etdi. Bu azmış kimi, üstəlik, Ukraynanın Şərq vilayətlərində separtizmi alovlandırdı. Bu isə Kiyevin birmənalı qərbyönümlü siyasət yürütməsinə, dərin siyasi, iqtisadi və hüquqi islahatlar aparmasına mane olur.
Rusiyanın təsir dairəsindən çıxmaq istəyən respublikalardan biri olan Moldovada baş verən proseslər isə xüsusi ilə seçilir.
Qeyd edək ki, Moldovada hakimiyyətin seçki yolu ilə dəyişmə ənənəsi formalaşıb. Hazırda dövlət başçısı postunu tutan İqor Dadon beşinci prezidentdir.
İlk iki prezident - Mirça Snequr və Petr Luçinski - hər biri yalnız bir seçki müddətində dövlət başçısı olublar.
Üçüncü prezident - kommunist Valdimir Voronin iki müddət dövlət başçısı olub.
Dördüncü prezident - Nikola Timofti də cəmi bir prezidentlik müddətində dövləti idarə edib.
2009-2010-cu illərdə prezident kürsüsündə Mixay Qimpu, 2010-2012-ci illərdə isə Marian Lupu əyləşib.
Şərhçilər Moldovada hakimiyyətin seçkilər yolu ilə dəyişməsini bu ölkənin parlament-prezidentli respublika üsul-idarəçiliyinə malik olması ilə izah edirlər.
Ekspertlərin fikrincə, Moldovada hakimiyyətin seçki yolu ilə dəyişməsi və parlament-prezidentli respublika üsul-idarəçiliyinə malik olması Moskvanın bu postsovet respublikasında möhkəmlənməsinə mane olan ən böyük amildir. Bu amil Moskvanın təsirinin artmasına mane olduğu kimi, Moldovanın zəif, tərəddüdlü olsa da, Avroatlantik məkana inteqrasiya kursu götürməsini təmin edir.
Moldovanın son bir ilə kimi Avroatlantik məkana inteqrasiya kursunda müşahidə olunan tərəddüdləri bu gün qətliyyətli addımlar əvəz edib. Baxmayaraq ki, hazırki dövlət başçısı İqor Dadon Rusiyayönümlü siaysətçidir və Moldovanın Moskvanın layihəsi olan Avrasiya İqtisadi İttifaqında yer almasına çalışır.
Prezidentdən fərqli olaraq Kişniyovun siyasi elitası və qərarverici bürokratiyası ölkənin Avroatlantik struktura intqerasiyasına çalışır. Demək olar ki, artıq bu istiqamətdə müəyyən nailiyyətlər də var.
Moldovanın qərbyönümlü siyasətçiləri üçün 2018-ci il xüsusi önəm daşıyır. Çünki bu il Moldova Demokratik Respublikasının Rumıniya ilə birləşməsinin 100 ili tamam olur. O zaman Rumıniya ilə birlik cəmi bir il çəkmişdi və Sovet Rusiyasının hərbi müdaxiləsindən sonra Kişniyov yenidən Moskvanın nəzarətinə keçmişdi.
Moldovanın qərbyönlü siyasətçiləri hesab edir ki, Rumıniya ilə birləşmək (uniri) üçün 100 il əvvələ nisbətən indi daha yaxşı imkanlar mövcuddur. Çünki Rumıniya Avropa Birliyinin və NATO-nun üzvüdür. Əgər birləşmə baş tutarsa, Rusiya 99 il əvvəl olduğu kimi, yenidən Moldovaya qarşı hərbi müdaxilə edə bilməz.
Digər tərəfdən, hətta bu birləşmə olmadan belə, Rusiyanın Moldovaya hərbi müdaxiləsinə mane olan bəzi amillər var. Məsələn, Moldova parlamentinin qəbul etdiyi qanunvericilik aktına görə ehtiyac yaranarsa, Rumıniya ordusu Moldova ərazisinə daxil ola bilər. Bu sənədin məhz Rusiyadan gələ biləcək hərbi müdaxilə təhlükəsinə qarşı qəbul olunduğu isə hamıya aydındır.
Moldova parlamenti həm də ölkə qanunvericiliyini Rumıniya qanunvericiliyinə uyğunlaşdırmağa çalışır. Bu iki ölkənin energetika sisteminin birləşdirilməsi istiqamətində ciddi məsafə qət edilib.
Rumıniya eyni zamanda Moldovanın əsas ticarət tərəfdaşıdır. Moldovada iki minə yaxın rumın kapitalı ilə yaradılmış şirkət fəaliyyət göstərir. Məhz iqtisadi amil Moldovada Rumıniya ilə birlik tərəfdarlarının hər ötən gün daha da güclənməsinə səbəb olur.
Orta məktəblərdə vahid tarix və dil - Rumıniya tarixi və rumın dili öyrədilir. Rusiyayönümlü prezident İqor Dadonun Rumıniya tarixi dərsliyini Moldova tarixi ilə, rumın dilini isə moldovan dili ilə əvəz etmək cəhdləri fayda vermədi.
Moldova parlamenti, Konstitusiya Məhkəməsi isə prezidentin ölkənin siyasi həyatına təsir imkanlarını minimuma endirmək istiqamətində cəsarətli addımlar atmaqla yanaşı, Rusiyanın da təsir imkanlarını azaltmaqdan çəkinmir. Rusiyanın rəhbər şəxslərinin ölkə ərazisinə buraxılmaması, Moskvanın təbliğat maşınının qarşısının alınması kimi addımlar atan Kişniyov, belə görünür ki, “Sovet libasını” çıxarmaqda qərarlıdır. Bu zaman Kişniyov Moskvanı aşağılamaqdan da çəkinmir.
Moldovanın bəzi addımları kənar müşahidəçiyə təxtibat kimi də görünə bilər. Ancaq Kişniyovda gözəl bilirlər ki, Rusiya indi Moldovaya qarşı hərbi müdaxilə imkanlarına malik deyil. Ukraynaya görə Qərblə tarixin ən soyuq mərhələsini yaşayan Moskvanın Moldovaya hərbi müdaxiləsi Rusiyanın tam təcridinə gətirib çıxara bilər. Buna görə də Kişniyovun aşağılayaçı addımlarına, hərəkətlərinə yalnız sözlə cavab verir.
Moldova isə bütün bunlarla kifayətlənmək istəmir və Rusiyanın təsir zonasını legitimləşdirən Müstqəil Dövlətlər Birliyi adlı qurumdan da çıxmağa çalışır. Bu, həm də Moldovanın Rumıniya ilə birləşmə yolundakı maneələrdən daha birinin aradan qaldırılması deməkdir.
Moldovanın MDB-dən çıxması həm də Rusiyanın postsovet məkanındakı təsir dairəsinin daha da daralması anlamına gəlir ki, bu da “Sovet libası”ndan yaxa qurtarmaq istəyən keçmiş sovet respublikalarının müstəqilliklərini artırmaq yolunda əlavə imkanların yaranmasıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?